Yuxarı

Rus-İran planı: Azərbaycan iki yerə bölündü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə İran arasında 1813-cü il oktyabrın 12-də imzalanan Gülüstan müqaviləsindən 204 il ötür.

Axar.az xatırladır ki, 1804-1813-cü illərdə Rusiya ilə İran arasında baş verən müharibə Azərbaycan torpaqlarının iki yerə bölünməsi ilə başa çatıb. Başqa bir dövlətin torpaqları uğrunda aparılan bu müharibənin başlama səbəbi də kifayət qədər ədalətsiz idi.

XIX əsrin əvvəllərində Şimali Azərbaycanın bir hissəsinin Rusiya tərəfindən işğalı İran və Türkiyənin, habelə onların arxasında duran İngiltərə və Fransanın narahatlığına səbəb oldu. Şah Rusiya ilə müharibəyə hələ 1801-ci ilin yazından – İngiltərə ilə müqavilə bağladıqdan sonra hazırlaşırdı. O, bu məqsədlə 1802-ci ilin iyulunda 20 minlik qoşunu sərhədə göndərməyi qərara aldı. Fətəli şah Avropa kralları və imperatorlarına məktubla müraciət edərək kömək almağa çalışdı. Lakin İranın daxilində baş vermiş çaxnaşmalar və İngiltərə tərəfindən real köməyin olmaması şahı çətin vəziyyətə saldı. Davam edən gərgin siyasi proseslərdən sonra 1804-cü il iyulun 10-da Rusiya ilə İran arasında diplomatik əlaqələr kəsildi və 9 il davam etmiş Rusiya-İran müharibəsi başladı.

Müharibə dövründə Azərbaycanın bir sıra xanlıqlarında üsyanlar olsa da, rus qoşunları hücum edərək bu qiyamları amansızcasına yatırdı. Qanlı döyüşlərin, qarışıq siyasi hadisələrin çox olduğu müharibə 1813-cü ildə Qarabağın şimalında (indiki Goranboy rayonu) yerləşən Gülüstan kəndində imzalanmış müqavilə ilə başa çatdı.

Müqaviləyə əsasən, Azərbaycan torpaqları iki yerə bölündü. Azərbaycanın Araz çayından şimaldakı torpaqları - Gəncə, Qarabağ, Şəki, Şamaxı, Quba, Bakı və Talış xanlıqlarının ərazisi, həmçinin Şərqi Gürcüstan və Dərbənd Rusiya imperiyasının tərkibinə daxil edildi. Naxçıvan və İrəvan xanlıqları İranın nəzarətində qaldı.

Sülh sənədini Rusiya tərəfdən çar I Aleksandrın xüsusi nümayəndəsi general Nikolay Rtişşev, İran tərəfdən Fətəli şahın təmsilçisi Mirzə Əbülhəsən imzalayıb.

Müqaviləyə əsasən, İran Xəzər dənizində hərbi donanma saxlamaq hüququnu itirib, rus tacirləri İranda güzəştli ticarət (5%-lik gömrük tarifi) hüququ əldə ediblər.

Azərbaycanın bölünməsi hesabına başa gələn 11 maddəlik “sülh” müqaviləsinin ilk maddəsində deyilirdi:

“İndiyədək Rusiya imperiyası və İran dövləti arasında mövcud olmuş düşmənçilik və narazılığa bu müqavilə ilə bu gündən və gələcəkdə son qoyulur və qoy İmperator əlahəzrətləri Bütün Rusiya hökmdarı ilə əlahəzrət İran Şahı, onların vəliəhdləri, taxtlarının varisləri və qarşılıqlı olaraq onların yüksək dövlətləri arasında əbədi sülh, dostluq və xeyirxah andlaşma olsun”.

Lakin bu da son deyildi. Rusiya və İran 1826-cı il iyulun 16-da Azərbaycanı bölüşdürmək üçün bir daha müharibəyə başladı. Gülüstan müqaviləsi ilə heç cür razı olmayan İran bu savaşda da ağır məğlubiyyətə düçar oldu. Müharibə 1828-ci il fevralın 10-da imzalanmış Türkmənçay müqaviləsi ilə başa çatdı. Türkmənçay müqaviləsinə əsasən, İrəvan və Naxçıvan da Rusiyaya verildi.

Müqavilənin şərtlərinə əsasən, İranda və Türkiyədə, o cümlədən Suriyada yaşayan erməniləri kütləvi surətdə Azərbaycan ərazilərinə köçürən Rusiya, nəhayət, İrəvan xanlığının ərazisində Ermənistan adlı dövlətin qurulmasına nail oldu.

Tarix
2017.10.12 / 11:35
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla