Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Oktyabr 2017


Ermənilər Kataloniyadan sui-istifadəyə cəhd etdi - AŞPA-da

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün AŞPA-da İspaniyanın Kataloniya bölgəsində keçirilən müstəqillik referendumu ilə bağlı müzakirələrdə millət vəkili Qənirə Paşayeva da çıxış edib.

Axar.az xəbər verir ki, Qənirə Paşayeva ölkələrin ərazi bütovlüyünün müdafiə edilməsinin ən vacib məsələ olduğunu deyib. O qeyd edib ki, Kataloniyada keçirilən müstəqillik referendumunun nəticəsində ortaya çıxan gərginlik İspaniyanın ərazi bütövlüyü, Konstitusiyası, beynəlxalq hüquq çərçivəsində həll edilməlidir:

“AŞPA-ya üzv dövlətlərin ərazi bütövlüyünü prinsipial və qeyd-şərtsiz dəstəklədiyimizi və ortaya çıxan bu cür məsələlərin də ancaq ölkələrin ərazi bütövlüyü qorunaraq həll edilə biləcəyini buradan açıq şəkildə ifadə etməyimiz lazımdır. Çünki “bölücü hərəkətlərin” güc qazanması Avropanın və dünyanın gələcəyi üçün çox ciddi bir təhdid ola bilər. Təəssüflər olsun ki, Assambleyanın ilk günü Ermənistan heyətinin bəzi üzvləri çıxışlarında Kataloniyada meydana gələn olayları öz məqsədləri üçün istifadə etməyə, bu hadisələri örnək göstərərək də Ermənistanın Qarabağdakı işğalçılıq siyasətini haqlı göstərməyə çalışdılar. Bu, çox üzücü və narahatverici bir durumdur. Biz burada bu cür cəhdlərə, bu təhlükəli addımlara izn verməməliyik. Çünki Qarabağ probleminin Kataloniyada yaşananlarla heç bir bənzərliyi yoxdur. Qarabağ məsələsi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və bu işğalı davam etdirməsindən qaynaqlanan bir olaydır. AŞPA-nın qəbul etdiyi 1416 saylı qərarda da Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyi xüsusi və açıq şəkildə vurğulanmaqdadır. Ermənistan öncə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki erməni separatçılarını qızışdırdı, sonra onları silahlandırdı, sonra da Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20%-ni işğal etdi”.

Q.Paşayeva bildirib ki, ölkələrin ərazi bütövlüyü məsələsində ikili standartlara izn verməməliyik və separatçı fəaliyyətlərin çox ağır nəticələrə gətirib çıxaracağını ununmamalıyıq. O üzdən İspaniyaya bu məsələdə açıq dəstək verilməlidir:

“Kataloniyada keçirilən referenduma gəlincə, bu referendumu dəstəkləməyən insanların sayı az deyildir. Biz onların yürüşünü də mediadan izlədik. Biz burada onların da səslərini dinləməliyik. Bu məsələnin ədalətli şəkildə həlli İspaniyanın ərazi bütövlüyündən keçir. Bu məsələdə AŞPA-nın daha fəal rol oynaması məsələnin ədalətli həllinə öz töhfəsini verə bilər. Kataloniyada referendum səbəbindən İspaniyadakı gərginliyin və toqquşmalar riskinin artması böyük bir faciəyə səbəb ola bilər. Bizim bu müzakirələri AŞPA ölkələrində və ondan kənarda bir çox bölüçü hərəkatlar da izləyir. Buradan onlara doğru mesaj – “bütün məsələlər dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır və biz ancaq bunu dəstəkləyəcəyik” mesajı – verilməlidir. Əks halda Avropa və dünya üçün çox ciddi problemlərin yaxın gələcəkdə şahidi olacağıq”.

Tarix
2017.10.12 / 22:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
loading...
Digər xəbərlər

Ordumuz cəbbəxanasındakı silah və texnikanı... - MN

Tiflisin boz kardinalı: ölkəni o idarə edir

Yeni plan: İŞİD məhv edilir, yerinə hansı təşkilat keçir?

MN-dən açıqlama: Şəhidimiz var

Qətər mediası AXC-dən yazdı: İslam şərqində... - Foto

Temur Abazov Marneuli meri seçildi

Prezident vacib məqama toxundu - Politoloq

Erməni təxribatı: 123 dəfə atəşkəs pozuldu

Ali Baş Komandan tapşırıqlar verib - General

İraq neft yataqlarını geri qaytarır: Bərzani pis vəziyyətdə

KULT
<>
Xəbər xətti
 
SORĞU
Ermənilərin Qarabağı sülh yolu ilə azad edəcəyinə inanırsınızmı?
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla