Yuxarı

Putin İlham Əliyevdən bunu xahiş edib - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ilin mart ayından sonra Dağlıq Qarabağ probleminin həlli ilə bağlı intensiv və sürətli danışıqlar prosesi başlayacaq. Bu intensiv danışıqlar prosesinin başlanmasına startı prezidentlərin görüşü verəcək.

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevdən Qarabağ probleminin həlli üçün vaxt istəməsi ilə bağlı rusiyalı ekspertin açıqlamasına münasibət bildirərkən deyib. O bildirib ki, xarici işlər nazirlərinin görüşündə yenidən Rusiyanın 5 rayonun qaytarılması ilə bağlı planı gündəmə gəldi və bu məsələlər ətrafında fikir mübadiləsi edildi:

"Qəribə burasıdır ki, həmin görüşdə bundan öncə özünü naza qoyan Ermənistan danışıqlara gedəcəyini bildirdi. Bu görüşdən sonra demək olar ki, iki ölkənin də xarici işlər nazirləri 5 rayonun qaytarılması məsələsində razılığa gəldilər. Onun ardınca Minsk Qrupunun həmsədrləri həm Ermənistana, həm də Azərbaycana rəsmi səfər etdi, iki ölkənin dövlət başçıları ilə görüşdü. Onlar iki ölkənin prezidentinin görüşü üçün də razılıq əldə etdilər. Dünən Soçidə MDB ölkələrinin prezidentlərinin görüşü zamanı isə Rusiya Prezidenti Vladimir Putinin İlham Əliyevdən 2018-ci ilin mart ayında Rusiyadakı prezident seçkilərini əsas gətirərək, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün mart ayından sonra keçirməsini istədiyi bildirilir. Buna səbəb kimi isə Rusiyada seçkiqabağı kampaniyalara start verilməsi və bu ərəfədə Rusiyanın siyasi elitasının əsas diqqətinin prezident seçkilərinə yönəldiləcəyini və Qarabağ probleminin həlli ilə məşğul olmaq imkanlarının xeyli azalacağını göstərib. Görüşün Rusiyada prezident seçkilərindən sonra təşkil edilməsi ilə bağlı Putinin xahişi ilə Prezident İlham Əliyev razılaşıb".

Politoloq qeyd edib ki, Dağlıq Qarabağ problemi ilə bağlı olan açar dövlət Rusiyadır və ona görə də bir çox məsələlər də onunla razılaşdırılmalıdır:

“Ona görə belə qərarları verərkən olduqca diqqətli olmalıyıq ki, Rusiyanın məsələdə mövqeyi bizim xeyrimizə olsun”.

Qeyd edək ki, Musavat.com-un məlumatına görə, rusiyalı analitik və politoloq Vladimir Yevsey “Azadlıq” radiosunun erməni redaksiyasına müsahibəsində bildirib ki, 2017-ci ilin iyulunda Soçidə Rusiya və Azərbaycan prezidentləri - Vladimir Putin və İlham Əliyev arasında görüşdən sonra təmas xəttində gərginlik qismən səngiyib.

Politoloqun qənaətincə, Qarabağ cəbhəsində nisbi sakitlik gələn ilin martında Rusiyada gözlənilən prezident seçkiləri ilə birbaşa bağlıdır. “Fikrimcə, Moskva Soçi görüşü zamanı regionda sabit situasiyanın saxlanması ilə bağlı İlham Əliyevdən bəzi zəmanətlər alıb” - ekspert əlavə edib.

Tarix
2017.10.12 / 22:37
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla