Yuxarı

Urazbayev Həzi Aslanov barədə: Bu, nadir hadisədir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim fəaliyyətimizin əsas istiqaməti gəncləri qəhrəman ata-babalarımızın nümunəsində tərbiyə etməkdir. Mənə çox xoşdur ki, bu konfrans Azərbaycan torpağında keçirilir. Bu, Böyük Qələbənin həmrəylik nəticəsində qazanıldığını bir daha təsdiqləyir.

Axar.az xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində Bakıda keçirilən “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” adlı beynəlxalq konfransın iştirakçısı, Qazaxıstanın “Arlan” vətənpərvər gənclər mərkəzi ictimai fondunun prezidenti polkovnik Amanjol Urazbayev söyləyib.

Konfransda Azərbaycanın Qələbəyə töhfəsinə dair real rəqəmlər səsləndirildiyini diqqətə çatdıran A.Urazbayev deyib: “Sovet dövründə hər bir vətəndaş bilirdi ki, tank, təyyarə və digər döyüş texnikasının 80 faizindən çoxu Bakı nefti ilə işləyib. Mən Azərbaycan qəhrəmanlarından birinin - Həzi Aslanovun bioqrafiyasını böyük məmnuniyyətlə öyrənmişəm. Əgər təyyarəçilər arasında ikiqat, üçqat qəhrəmanlar var idisə, tankçılar arasında ikiqat qəhrəman olmaq nadir hadisədir. Tank qoşunları general-mayoru Həzi Aslanovun qəhrəmanlıq yolu hər kəsə örnəkdir. Mənə çox xoşdur ki, biz bu gün Həzi Aslanova ehtiram əlaməti olaraq ucaldılmış abidəni gördük. Bu, Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından çox əhəmiyyətlidir”.

Tarix
2017.10.12 / 23:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nə verib? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla