Yuxarı

Tarix dərsliyi: hətta erməni belə saxtakarlıq etməmişdi – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

X sinif “Ümumi tarix” dərsliyinin rusca versiyasındakı uydurma “Böyük Ermənistan” ərazisini əks etdirən xəritə ilə bağlı yeni fakt üzə çıxıb.

Axar.az xəbər verir ki, bu barədə Tarix İnstitutunun bəyanatında belə deyilir.

“Dərslikdəki uydurma “Böyük Ermənistan”ın ərazisini əks etdirən xəritə qədim Roma imperiyasını dirçəltmək xəyalına düşmüş faşist diktatoru Benito Mussolininin göstərişi ilə 1934-cü ildə Roma şəhərinin mərkəzi küçələrindən birinin (Via dei Fori İmperiali) divarına bərkidilmiş mərmər xəritələrdən biridir. Həmin dövrdə tarixin müxtəlif hərbi-siyasi keçid zamanında öz çirkin niyyətlərinə nail olmağa çalışan erməni lobbisinin təsirilə məhz həmin xəritənin divara bərkidilmək üçün seçilməsi şübhəsizdir”.

Mussolininin göstərişi ilə Roma şəhərində 5 xəritə quraşdırılıb və indi isə 4-ü mövcuddur.

Hazırda mövcud olan 4 mərmər xəritə qədim Roma imperiyasının ekspansiyasını (genişlənməsini) göstərir.

Bu xəritələrdə qədim Roma imperiyasının əraziləri ağ, onun olmayan ərazi qara, dəniz isə boz rəngdədir. 1-ci xəritədə Roma şəhərini bildirən bir ağ nöqtə var, 2-ci xəritədə Roma imperiyasının Pun müharibələrindən sonrakı əraziləri, 3-cü və 4-cü xəritələrdə isə müvafiq olaraq, imperiyanın Oktavian Avqustun ölümü zamanı (14-cü il) və Trayan dövrü (117-ci il) torpaqları göstərilib. Bu 4 xəritə məlum küçənin açılışından 2 il sonra - 1934-cü ildə əlavə edilib. 5-ci xəritə isə 1935-ci ildə Mussolininin Afrika ekspansiyasını təbliğ məqsədilə əlavə edilib, amma İkinci Dünya müharibəsindən sonra götürülüb.

Xatırladaq ki, AMEA Tarix İnstitutu bu xəritənin Azərbaycanda nəşr olunan "Ümumi tarix" dərsliyində “ermənilərin xeyrinə” saxtalaşdırıldığını bildirib:

“Göstərilən xəritə X sinif “Ümumi tarix” dərsliyində verilərkən Azərbaycanın zərərinə daha da saxtalaşdırılıb. Belə ki, mərmər xəritədə, habelə müxtəlif müəlliflərin, o cümlədən çoxcilidlik “Roma tarixi”nin müəllifi Teodor Mommzenin nəşr etdiyi xəritədə də belə dəhşətli saxtakarlığa yol verilməyib. Bütün analoji xəritələrin hamısında uydurma “Böyük Ermənistan”ın şimal sərhədləri Arazın cənubundan keçir və Xəzər dənizinə çatmır. Həmin xəritələrdə Azərbaycan dövlətləri olan Albaniya və Atropatena ilə yanaşı, İberiya və Kolxida da göstərilir. Lakin X sinif şagirdlərinə təqdim olunan xəritədə saxtakarlığa yol verilərək Albaniya, Atropatena, İberiya və Kolxidanın adı çıxarılıb, ancaq “Armenia” adı saxlanılıb. Beləliklə, Azərbaycan məktəblilərinə təqdim olunan xəritədə saxtakarlığa yol verilərək, “Armenia” ərazisi Abşeron yarımadasının cənubundan başlayaraq Xəzər dənizinə birləşdirilir. Uydurma “Böyük Ermənistan” tarixinə həsr olunmuş xəritələrin heç birində “Armenia”nın ərazisi Xəzərə çatmır. Digər tərəfdən, T. Mommzenin nəşr olunmuş xəritəsində və “Böyük Ermənistan” ərazisi göstərilən digər xəritələrdə də Albaniya, Atropatena, Kolxida, İberiya adları göstərildiyi halda, X sinfin “Ümumi tarix” dərsliyində verilmiş xəritədən bütün bu adlar çıxarılıb”.

Tarix İnstitutunun erməni lobbisinin təsirilə divara bərkidildiyini bildirdiyi xəritəni təqdim edirik:

Tarix
2017.10.13 / 00:59
Müəllif
Axar.az
Oxunub
6 616
Şərhlər
Digər xəbərlər

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla