Yuxarı

Moskva Qarabağla bağlı Bakıya işarə verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya istəyir ki, Ermənistan həm danışıqlar prosesində, həm də Azərbaycanla münasibətlərdə özünü idarəolunan bir qurum kimi aparsın.

Bu sözləri Axar.az-a açıqlamasında Rusiyanın İrəvana növbəti dəfə hərbi kredit ayırmasını şərh edən keşmiş diplomat, politoloq Fikrət Sadıqov deyib. Politoloqun sözlərinə görə, Moskvanın İrəvana bu cür yardımları davamlı olacaq:

“Əslində, yeni partiya silahların Ermənistana verilməsi Moskvanın danışıqları inkar etmədiyi və bu işin arxasında siyasi amillərin dayandığı anlamına gəlir. Rusiya bununla İrəvanın müstəqil qərar qəbul edə bilməyəcəyini bir daha təsdiqlədi”.

Politoloq hesab edir ki, yaranmış hazırkı geosiyasi vəziyyət Moskvanı Bakıya daha da yaxınlaşdıracaq:

“Siyasi proseslərin belə gərgin trafikində cəbhədə nisbi sakitliyin hökm sürməsi əslində Moskvanın Bakıya mesajı sayıla bilər. Rusiya bununla bəzi prosesləri idarə etdiyinə işarə edir. Düzdür, Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqi olduğunu heç vaxt gizlətmir. Ancaq Rusiya üçün Azərbaycan kifayət qədər önəmli bir tərəfdaş, Ermənistan isə sadəcə forpostdur. Yaddan çıxarmamalıyıq ki, bütün proseslərə hazırda bu prizmadan baxılır. Çünki hazırda danışıqlar gedir və prosesdə müəyyən canlanma ola bilər”.

Qeyd edək ki, Rusiya İrəvana 100 milyon dollar həcmində müdafiə krediti ayırmaqla bağlı qərar verib. Kredit 15 il müddətinə illik 3%-lə verilir. Onun istifadə müddəti 2018-2022-ci illər arasında olacaq.

Rusiya bundan öncə Ermənistana eyni qaydada 200 milyon dollarlıq hərbi kredit vermişdi.

Tarix
2017.10.13 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla