Yuxarı

Əli Əsədov yeni naziri kollektivə təqdim etdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının yeni Energetika naziri kollektivə təqdim olunub.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi- Prezident Administrasiyasının şöbə müdiri Əli Əsədov yeni təyin olunmuş energetika naziri Pərviz Şahbazovu nazirliyin kollektivinə və yanacaq-energetika sektorunda fəaliyyət göstərən dövlət qurumlarının rəhbərlərinə təqdim edib. Əli Əsədov Pərviz Şahbazovun nazir təyin olunması haqqında Prezidentin sərəncamını oxuyub, ona işlərində uğurlar arzulayıb. Enerji sektorunun ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynadığını qeyd edərək, bu sahənin müasir çağırışlara uyğun şəkildə inkişafı ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu məqsədləri diqqətə çatdırıb, məsləhət və tövsiyələrini verib.

Yeni təyin olunmuş Energetika naziri Pərviz Şahbazov çıxış edərək ölkə başçısının ona göstərdiyi yüksək etimada görə təşəkkürünü bildirib, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib. Pərviz Şahbazov Azərbaycan Neft Akademiyasının məzunu olması, diplomatiya sahəsindəki 20 ildən artıq fəaliyyəti barədə ətraflı məlumat verərək, bu müddət ərzində xaricdə Azərbaycanın enerji siyasətinin həyata keçirilməsində yaxından iştirak etdiyini bildirib. Nazir qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi enerji siyasəti beynəlxalq aləmdə yüksək rəğbət qazanıb. O, enerji siyasətinin xarici istiqamətlə yanaşı, geniş daxili seqmentlərə də malik olduğunu diqqətə çatdıraraq, ölkəmizdə energetika sektorunun qloballaşma dövrünün tələblərinə uyğun inkişafı və bu sahədə beynəlxalq təcrübənin tətbiqinin zəruriliyini vurğulayıb. Qarşıya qoyulmuş vəzifələrin yüksək səviyyədə həyata keçirilməsinin isə sıx əməkdaşlıq münasibətləri ilə mümkünlüyünü bildirib.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Azərenerji ASC-nin prezidenti Etibar Pirverdiyev, Azərişıq ASC-nin sədri Baba Rzayev, ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev və “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev iştirak edib.

Qeyd edək ki, Pərviz Oqtay oğlu Şahbazov energetika naziri vəzifəsinə Azərbaycan Respublikası Prezidentinin 12 oktyabr 2017-ci il tarixli sərəncamı ilə təyin edilib.

Tarix
2017.10.13 / 12:55
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla