Yuxarı

Bakı mənim gözlədiyimdən də... - Verxoven

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda səfərdə olan Beynəlxalq Limanlar Assosiasiyasının siyasət və strategiya üzrə rəhbər direktoru Patrik Verxoven Azərtac-a müsahibə verib.

Axar.az müsahibəni təqdim edir:

-Bakıya səfərinizin məqsədi nədir?

-Səfərimin məqsədi Bakı Limanından olan həmkarlarımla gələn ilin mayında burada keçiriləcək Beynəlxalq Limanlar Assosiasiyasının illik konfransının təşkilati məsələlərini müzakirə etməkdir.

-Şəhər barədə ilk təəssüratınız necədir?

-Bakı çox dinamik şəhərdir, mənim gözlədiyimdən də xeyli böyükdür. Üç milyon insan az demək deyil. Mənim ölkəm Belçikada ən böyük şəhərin 1 milyon əhalisi var. Ona görə də Bakı mənim üçün valehedici arxitekturası olan böyük şəhərdir. Burada tarixi abidələr müasir tikililərlə gözəl uzlaşır.

-Konfransa hazırlıq işləri necə gedir? Siz artıq hansı görüşlər keçirmişiniz?

-Mən bir neçə görüş keçirmişəm və logistik nöqteyi-nəzərdən deyə bilərəm ki, konfransın keçirilməsi üçün artıq çox iş görülüb. Lakin mənim səfərimin məqsədi konfransın proqramını razılaşdırmaqdır. Biz artıq razılaşdırmışıq ki, əsas diqqət birləşdirici hablara qoşulmaya və dəhlizlərin yaradılmasına yönəldiləcək. Çünki dəhlizlərdən təkcə yük üçün yox, insanlar üçün də istifadə olunur. Daha bir mühüm məqam bu dəhlizlərlə beynəlxalq əməkdaşlığı genişləndirməkdən ibarətdir. Həmçinin fiskal rejimin mövcudluğu, habların rəqabətqabiliyyətliliyi çox vacibdir. Bu məsələlər qarşıdakı konfransın baş mövzularından biri olacaq. Bu mövzu ilə bağlı iki və ya üç ölçü var.

-Siz Azərbaycanın artıq həyata keçirdiyi həmin hazırlığı necə qiymətləndirirsiniz?

-Mənim idarəçilik, hazırlıqla bağlı, Avropanın Rotterdam, Varna, Hamburq, Marsel və başqa limanları ilə işlərdə təcrübəm var. Mən Avropa limanları təşkilatına 10 ildən artıq rəhbərlik etmişəm. Hər il biz buna bənzər konfranslar təşkil edirdik. Mən bundan əvvəlki təcrübəmə əsaslanaraq deyə bilərəm ki, Azərbaycan konfransın təşkilatçılığına çox peşəkar yanaşıb.

-Siz artıq Bakı Limanında olmuşunuz, limanın imkanları ilə tanışsınız. Liman sizə hansı təsir bağışladı?

-Bəli. Mən limanda oldum. Ofisdə məni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının tikintisinin birinci mərhələsinin layihə işləri ilə tanış etdilər. Orada görülən işlərlə tanışlıqdan sonra mən başa düşdüm ki, biz konfransa iştirak etməyə gələndə artıq birinci mərhələ tam başa çatacaq. Liman məndə böyük təəssürat yaratdı, gördüklərimdən çox razıyam və bu, çox ümidlər verən limandır. Nümayiş olunan təqdimatdan mən başa düşdüm ki, bu müasir liman müxtəlif yüklərin daşınmasını planlaşdırır, həmçinin sərnişin sistemini işləyib hazırlamağa çalışır ki, bu da çox mühümdür. Başlanğıc sərmayənin hökumət tərəfindən qoyulması çox vacibdir ki, ilkin mərhələdə liman xarici kapitaldan və xarici sərmayədən asılı olmasın. Limanın strateji fəallığının qorunmasında faydalı ola biləcək ikinci mərhələ “Bir kəmər, bir yol” layihəsində iştirak etməkdir.

-Limanın perspektivlərini necə qiymətləndirirsiniz? Azərbaycan regionda nəqliyyat habı olmağı qarşısına məqsəd qoyub. Bu məsələdə Bakı Limanı hansı rol oynaya bilər?

-Coğrafi mövqeyinə görə Bakı Limanının böyük perspektivlərini görürəm. Hazırda dəniz və dəmir yolu nəqliyyatının iştirak etdiyi layihələrin də daxil olduğu yeni nəqliyyat dəhlizləri yaradılır. Bu planda Çin özünün “Bir kəmər, bir yol” konsepsiyasını irəli sürüb və Azərbaycan bu təşəbbüsə qoşulub. Əgər nəzərə alsaq ki, Bakı tarixən Böyük İpək yolunun bir hissəsi olub və hazırda bu tarixi yolun bərpası üçün böyük işlər aparılır, hesab edirəm ki, Bakı yükboşaltma məntəqəsi olaraq qalacaq və “Bir kəmər, bir yol” konsepsiyasının işlənib hazırlanmasında vacib rol oynaya biləcək.

-Liman ərazisində azad ticarət zonası yaradılır. Necə hesab edirsiniz, bu, limanın inkişafına imkan yaradacaq?

-Əgər ölkə rəqabətqabiliyyətli olmaq istəyirsə, o zaman yaxşı infrastruktura, sabit hüquqi və maliyyə bazasına malik olmalıdır. Azad ticarət zonasına gəldikdə, düşünürəm ki, bu, investorlar üçün bir siqnaldır. Çünki bu region ətrafında rəqabət dünyanın başqa hissələrində olduğu kimi, o qədər də böyük deyil. İnfrastruktur, hüquqi baza, fiskal ab-hava, maliyyə stimulu investorlar üçün əsas amillərdir. Bu bağlı bütünlüklə investorlar üçün maraqlıdır.

Tarix
2017.10.13 / 20:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla