Yuxarı

2 hakim vəzifəsindən azad edildi, 7 məhkəmə sədri isə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Şuradan Axar.az-a bildiriblər ki, iclasda Azərbaycan Prezidenti İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına dair tapşırıqlarının icrası üzrə görülmüş işlər, köklü dəyişikliklərə səbəb olan mühüm addımlar qeyd edilib.

Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda birinci instansiya məhkəmələrinin 70-dək hakiminin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar onların fəaliyyəti müzakirə edilərək qiymətləndirilib.

Aparılan prinsipial təhlil və müzakirələr nəticəsində vətəndaşların haqlı narazılığını doğuran nöqsan və pozuntulara yol vermələri nəzərə alınaraq, apelyasiya və birinci instansiya məhkəmələrinin ümumilikdə 20 hakiminin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətlərinə xitam verilib, 6 məhkəmə sədri və apelyasiya məhkəmələrinin 8 hakiminin aşağı işə keçirilməsi məqsədəuyğun bilinib. Həmçinin bir sıra birinci instansiya məhkəmələrinin sədri və hakimlərinin təyinatı, habelə hakim kadrlarından daha səmərəli istifadə edilməsi məqsədilə bəzi hakimlərin iş yerinin dəyişdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinə müvafiq təkliflər verilib.

Tədbirdə məhkəmə hakimiyyətində yalnız mənəvi saflığı, peşəkarlığı, yüksək hazırlığı və qərəzsizliyi ilə fərqlənən hakimlərin təmsil olunmasının zəruriliyi bildirilib, hakimliyə namizədlərin mütərəqqi beynəlxalq standartlar səviyyəsində, ən şəffaf üsullarla seçimi prosesi haqqında məlumat verilib. Hazırda 126 nəfər hakimliyə namizədin çoxmərhələli imtahanlarda müvəffəqiyyət qazanaraq birillik ilkin tədris kursuna cəlb edildiyi vurğulanıb.

İclasda, həmçinin qanunvericiliyin tələblərinin və icra intizamının pozulması hallarına, habelə süründürməçiliyə yol verdiklərinə görə 2 hakimin tutduğu vəzifədən azad olunaraq aşağı işə keçirilməsi qərara alınıb, 2 hakim barədə intizam icraatı başlanılıb.

Tarix
2017.10.13 / 20:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla