Yuxarı

Rəsmi Bakı Ermənistanla əməkdaşlığın şərtini açıqladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzən Ermənistan tərəfinin nə istədiyini başa düşmək çox çətindir. Ermənistanın Azərbaycana qarşı təcavüzü və Türkiyəyə qarşı irəli sürdüyü iddiaları nəticəsində Mehri-Culfa və Gümrü-Qars dəmir xətləri qeyri-işlək vəziyyətə düşüb və dənizə çıxışı olmayan Ermənistan özünü tam şəkildə təcrid vəziyyətinə salıb.

Axar.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev son dövrlərdə Ermənistanın Bakı-Tbilisi-Qars dəmir-yolu layihəsindən istifadə etməsi məsələsinin Ermənistan ictimaiyyətində müzakirə olunmasına münasibət bildirərkən deyib.

H.Hacıyev bildirib ki, tikintisi başa çatan Bakı-Tbilisi-Qars dəmir-yol xətti regional əməkdaşlıq, tranzit imkanlarının və ticarət dövriyyəsinin artırılması və nəticə etibarilə, Azərbaycan, Gürcüstan və Türkiyənin iqtisadiyyatı üçün əlavə imkanların yaradılması baxımdan böyük perspektivlər vəd edir:

"Azərbaycan daim regionda sabitləşdirici rol oynayır, Bakı-Tbilisi-Ceyhan, TANAP/TAP, Bakı-Tbilisi-Qars, Şimal-Cənub və Cənub-Qərb kimi layihələrlə regional əməkdaşlığı və çiçəklənməni təşviq edir.

Azərbaycan dəfələrlə bəyan edib ki, Azərbaycana qarşı işğalına son qoyduqdan və işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxardıqdan sonra Ermənistan regional inteqrasiya imkanlarından, o cümlədən Bakı-Tbilisi-Qars layihəsi kimi uğurlu regional əməkdaşlıq və nəqliyyat imkanından faydalana bilər".

Tarix
2017.10.13 / 21:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla