Yuxarı

BMT-nin baş katibi: Bakı bu prosesdə əsas yer tutur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin baş katibi Antonio Quterreş Baş Assambleyaya “Dünyanın rifahı naminə sülh mədəniyyətinin, dinlərarası və mədənidəniyyətlərarsı dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviqi” adlı məruzə təqdim edib.

Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən Axar.az-a bildirilib ki, məruzədə BMT Baş Assambleyasının müvafiq qətnamələrinin icrasında BMT-nin sülh mədəniyyəti, dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi məsələləri ilə məşğul olan əsas təşkilatları haqqında informasiya yer alıb.

Məruzənin dayanıqlı inkişafın maraqları baxımından dialoqa, onun etnik, dini, sosial və mədəni tərkib hissələri məsələlərinə həsr edilən bölməsində BMT-nin baş katibi Azərbaycanın YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESKO-nun tərəfdaşlığı ilə keçirdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu xüsusilə vurğulayır.

Baş katib qeyd edir ki, 2008-ci ildən reallaşdırılan “Bakı prosesi” mədəniyyətlər arasında dialoqun dəstəklənməsi cəhdlərində əsas yer tutur, bu proses çərçivəsində iki ildən bir keçirilən Ümumdünya Forumu isə mədəniyyətlərarası dialoqun təşviqi üçün zəruri qlobal platforma kimi özünü təsdiqləyib.

Məruzədə bildirilir ki, 2017-ci il mayın əvvəlində “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda əvvəlki forumlarda olduğundan daha çox nümayəndə iştirak edib, daha çox tədbirlər və işçi iclaslar keçirilib.

Baş katibin məruzəsində builki Forum çərçivəsində keçirilmiş Nazirlər Görüşü, “Qızların təhsili vasitəsilə zorakı ekstremizmə qarşı” mövzusunda iclas barədə məlumat verilir.

Məruzədə vurğulanır ki, Forumda 120-dən çox ölkədən 800 nümayəndə resursların, toplanmış bilik və təcrübənin mübadiləsi məsələlərini müzakirə edib. Baş katibin sözlərinə görə, bu müzakirələr Mədəniyyətlərin Yaxınlaşması üzrə Beynəlxalq Onilliyin Məqsədlərinin birgə dərkinə və reallaşdırılmasına yönələn tədbirlər görməyə, Dayanıqlı İnkişafın 16-cı məqsədində göstərilən sülhpərvər və açıq cəmiyyətlərin qurulmasına, “Bakı prosesi”nin həyata keçirilməsinə yeni imkanlar yaradır.

Tarix
2017.10.13 / 23:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla