Yuxarı

Rusiyanın ABŞ hücumuna Ceyhun Aslanov rəhbərlik edib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:09

RBK jurnalı apardığı genişmiqyaslı araşdırmadan sonra Feysbuk, Tvitter və İnstaqramda ABŞ-dakı seçkiyə müdaxilə edən 118 hesabı müəyyən edə bilib.

Axar.az xəbər verir ki, bu akkauntlərin hər biri avqust-sentyabr aylarında qapadılıb. Jurnal bu hesabların Sankt-Peterburqun Savuşkina küçəsində yerləşən 55 nömrəli evdən idarə olunduğunu bildirib. Bundan başqa, Tvitterdə yaradılan 50 hesabdan 36-sı +7 (Rusiyanın telefon kodu – red.) prefiksi ilə qeydiyyatdan keçib.

Maraqlı məqam odur ki, bu hesabları ümumilikdə 6 milyon insan izləyib. Bunların yarısı Feysbuk, üçdə biri isə İnstaqram istifadəçiləri olub. Üstəlik, reklam və digər paylaşımlar sayəsində bu hesablar 20-30 milyon nəfərə çatır.

ABŞ-da “Trol Fabriki” adlandırılan hesabların yaradıcılarının böyük hissəsi sosial şəbəkələrdə daha çox ABŞ-dakı irqi problemləri gündəmə gətiriblər. Belə ki, onların tabeliyi altında olan qaradərililərin hüquqlarından bəhs edən 16 qrupun 1,2 milyon izləyicisi olub. Bu hesabların müəllifləri həmçinin qeyri-leqal miqrasiya, Texasın suverenliyi, silah saxlanmasına izn verən qanun məsələlərinə toxunan paylaşımlar ediblər.

“Trol Fabriki” qrupu ABŞ-dakı prezident seçkisinə 2015-ci ilin yazından hazırlaşıb. İlkin olaraq “Fabrik"də 30 nəfər çalışsa da, 2016-cı ilin yazında ştat 80-90 nəfərə qalxıb. Burada çalışan şəxslərin maaşı 55 min rubl təşkil edib. Hesabları işlədən “trol”ların administratorlarına 80-90 min rubl maaş verilib.

RBK-nın araşdırmasında ən maraqlı məqam “Trol Fabriki”nin ABŞ bölməsinə 27 yaşlı azərbaycanlı Ceyhun Aslanovun rəhbərlik etməsi ilə bağlıdır. Sankt-Peterburqdan olan azərbaycanlı Hidrometerologiya Universitetində iqtisadiyyat sahəsində təhsil alıb. Təhsil aldığı dönəmdə isə bir neçə aylıq ABŞ-da yaşayıb. Üstəlik, Aslanov Londona da gedib. Aslanovun özü “Trol Fabriki” ilə əlaqələrinin hamısını inkar edib.

“Fabrik”in ümumi maaş fondu illik 1 milyon dollar olub. Sosial şəbəkələrdə fəaliyyət üçün isə ümumi büdcə aylıq 5 min dollar təşkil edib.

“Trol Fabriki” ilə həmçinin 100 amerikalı aktivist də əməşdaşlıq edib. Məhz “Fabrik”in sayəsində 2016-2017-ci illərdə ABŞ-da 40 mitinq keçirilib. Mitinqlərə insanların toplanması Feysbuk vasitəsilə təşkil edilib. Təkcə 10 aksiya “BlackMattersUS” qrupunun adından istifadə edilərək keçirilib. Tvitterdə bu qrup +7 prefiksi ilə qeydiyyatdan keçib. Qrup yerli aktivistləri özünə cəlb edərək, aksya haqqında informasiyalar yayıb. Bu aksiyalardan biri isə 2016-cı ilin oktyabrında Şarlotta şəhərində polis zorakılığına qarşı etiraz olub.

“Fabrik” təkcə siyasi etiraz aksiyaları təşkil etməyib. “BlackFist” qrupu vasitəsilə onlar gündəlik pulsuz müdafiə kursları təşkil ediblər. Maraqlıdır ki, bu kurslar qaradərili əhali üçün nəzərdə tutulub. 4 şəhərdə təşkil olunan kursun məşqçilərindən biri “PayPal” və “Quql” vasitəsilə 300 min dollar alıb.

Donald Trampın qələbəsindən sonra “Trol Fabriki” fəaliyyətini dayandırmayıb və yeni səhifələr yaratmağa başlayıb. Savuşkin küçəsindəki 55 nömrəli evdən idarə edilən hesablar vasitəsilə “trollar” anti-Tramp kampaniyasına başlayıblar. Onlar həmçinin “BlackMattersUS” səhifəsi vasitəsilə Şarlotta şəhərində Tramp əleyhinə marş da keçiriblər.

Tarix
2017.10.17 / 12:08
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla