Yuxarı

ABŞ-dan Əliyev-Sərkisyan görüşünə - Münasibət

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda islahatların aparılması üçün ölkədəki müxtəlif elementlər arasında dialoq var və bu dialoqun aparılması da mühümdür.

Report-un məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Onun sözlərinə görə, ABŞ biznesmenləri yaxın gələcəkdə bir sıra sahələrə investisiya yatıra bilər:

"Kənd təsərrüfatı, suvarma və informasiya texnologiyaları sahələri gələcək əməkdaşlığımız üçün əsas perspektivdir".

ABŞ səfiri Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşünə də münasibət bildirib: "ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı bəyanatından əlavə heç nə deyə bilmərəm".

R.Sekuta vurğulayıb ki, son 25 ildə ABŞ-ın Azərbaycana ayırdığı yardımlar 1,3 mlrd. dolları ötüb.

Səfir təmsil etdiyi ölkənin Dağlıq Qarabağ probelmi nəticəsində məcburi köçkün düşən insanlara yardım üçün 120 mln. dollar ayırdığını da qeyd edib: "Ümumilikdə 7 mindən çox şəxs ABŞ dovlətinin vəsaiti ilə ABŞ-da təhsil alıb. Bu dövr ərzində 500-dən çox Sülh Korpusu könüllüsü Azərbaycanda çalışıb".

Tarix
2017.10.17 / 13:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla