Yuxarı

“Ağdərəni alaq” deyən politoloqa polkovnikdən etiraz

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər kürdlərdən güclü deyillər. Əgər İraq ordusu ildırım sürətilə Kərkükü döyüşsüz ələ keçirdisə, Azərbaycan ordusunun da ən azı Ağdərəni və Sərsəng su anbarının ətrafını işğalçılardan təmizləməsi imkanı və gücü var.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Ermənistan ordusunda separatçıların işğal altındakı yüzlərlə kilometr boyunca müdafiə resursları olmasına inanmır:

“Çünki Ermənistan ordusunda xidmət edənlərin sayı çox deyil. Bunu ona görə yazmıram ki, əlimizdə konkret plan olmadan hücuma keçək. Bunu ona görə yazıram ki, illərdir “Kərkük kürd şəhəridir” deyib duran peşmərgə gücləri mərkəzi hakimiyyətin ordusu qarşısında geri çəkilmək məcburiyyətində qaldı. Bu ona görə baş verdi ki, əslində kürdlər Kərkükü özününkü saymayıblar, bəlkə də Ərbil uğrunda sonadək savaşarlar, ancaq Kərkük onların deyil. Necə ki, Ağdam, Şuşa, Kəlbəcər və digər işğal altındakı rayonlarımızın ermənilərə heç bir dəxli yoxdur. Bəziləriniz yazacaq ki, bəs ermənilərin arxasında Rusiya dayanır və torpaqlarımızı azad etməyə imkan vermir və verməyəcək. Mən də yazacam ki, kürdlərin də arxasında ABŞ və İsrail dayanırdı, ancaq bu güclər də Kərkükü “qoruya bilmədilər”.

Politoloqun bu fikirlərinə münasibət bildirən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Axar.az-a bildirib ki, İraqda kürdlərlə yaşanan proseslərlə Azərbaycanın problemi arasında paralel aparmaq doğru deyil. Onun sözlərinə görə, Azərbaycanın işğal altında olan torpaqlarının Azərbaycana məxsus olduğunu bütün beynəlxalq aləm bilir:

“Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı beynəlxalq qurumlar tərəfindən qərarlar da qəbul edilib. Azərbaycanın öz torpaqlarını azad etməsi onun qanuni hüququdur. İraqla kürdlərin arasında olan hadisələr isə tamam başqadır. Orda başqa proseslər gedir. Azərbaycan gec-tez öz torpaqlarını azad edəcək. Bu haqda Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında deyib. Prezident bu fikrini beynəlxalq qurumlara və ümumilikdə bütün dünyaya çatdırıb ki, biz heç vaxt Azərbaycan torpağında ikinci Ermənistan dövlətinin yaranmasına yol verməyəcəyik. Hazırda beynəlxalq qurumların təklifi və iştirakı ilə sülh yolu ilə məsələnin həlli imkanları tam tükənməyib. Ona görə də Azərbaycan humanistlik göstərərək, öz torpaqlarını itkisiz geri qaytarmağa çalışır. Çünki bu fəlakəti həm azərbaycanlı valideynlər, həm də erməni əsgərlərin valideynləri yaşayır. Bununla bağlı hətta Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da hərbiçilərlə görüşündə erməni analara öz ismarıcını vermişdi ki, övladlarınızın həlak olmasını istəmirsinizsə, onları Qarabağ bölgəsinə göndərməyin və onları geri çağırın”.

Ş.Ramaldanov qeyd edib ki, E.Şahinoğlunun Ermənistanın arxasında Rusiyanın durması ilə ABŞ-ın kürdlərə dəstək verməsini müqayisə etməsi uğursuzdur:

“Qarabağ məsələsinin həllində Rusiyanın təsiri həddindən artıq çoxdur. Bunu elə bugünlərdə Rusiyanın Ermənistana daha 100 milyon dollar həcmində hərbi kredit ayırmasında da bir daha müşahidə etdik. Rusiyanın Ermənistan və Dağlıq Qarabağda oynamış olduğu rolla və hazırda tutduğu mövqe ilə ABŞ-ın kürdlərə dəstəyi tam fərqlidir. Bunları bir-biri ilə müqayisə etmək olmaz”.

Polkovnik politoloqun Azərbaycan ordusunun Ağdərəni və Sərsəng su anbarının ətrafını işğalçılardan təmizləməyə gücü çatacağı ilə bağlı fikirlərinə də etiraz edib:

“Çünki Azərbaycan nəinki politoloqun dediyi əraziləri, işğal olunmuş bütün torpaqları azad etmək gücündədir. Erməni işğalında olan bütün torpaqlarımız işğalçılardan azad edilməlidir və bunu da Azərbaycan Ordusu edəcək. Artıq Ermənistan Azərbaycanı məcbur edir ki, biz torpaqlarımızı güc yolu ilə azad edək”.

Tarix
2017.10.17 / 13:46
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla