Yuxarı

Rusiya Bakı və Aşqabada necə mane olur? - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Burada qondarma bəhanələr özünü açıq şəkildə biruzə verir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Xəzərdə boru kəmərlərinin tikilişinin əleyhinə olan çıxışının səbəblərini şərh edərkən deyib. O bildirib ki, nəhəng dövlətlər bu məsələnin qəti şəkildə əleyhinə olması ilə bağlı çıxışlarını bu prosesin ətraf mühitə təsiri ilə əlaqələndirməyə çalışırlar:

“Onlar Xəzərin dibindən boru kəmərlərinin çəkilməsinin ətraf mühitə dağıdıcı təsiri ola biləcəyini vurğulayırlar. Amma öz səsləndirdikləri bəyanatların əksinə olaraq, Rusiya özü Baltik və Qara dənizdə dənizin dibi ilə boru kəmərlərini yerləşdirir və onlardan yararlanır. Bundan başqa burada onlar Xəzərin hüquqi statusu məsələsinin hələ öz həllini tapmadığını da qeyd edirlər. Əsas bəhanə gətirilən məsələnin mahiyyəti isə Xəzərlə bağlı olan məsələlərin 1, 2, 3 ölkə arasında yox, 5-lik arasında müzakirə olunub həllini tapmasıdır. Bu dövlətlər Xəzərin hüquqi statusu məsələsinin tam həllini tapmasından sonra bu tipli layihələrin reallaşması üçün şərait yarana biləcəyini vurğulayırlar. Təbii ki, bu da qondarma bəhanələr sırasındadır”.

Politoloq qeyd edib ki, bu bəhanələrin kökündə duran əsas məsələ Orta Asiya və Azərbaycan qazının Avropa istiqamətində tranzitə çatdırılmamasıdır:

“Rusiya özü həm qaz istehsalçısıdır, həm də ixracatçısıdır. Eyni zamanda İran da qaz məsələsində xeyli imkanları olan ölkələrdəndir. Rusiya və İran Türkmənistan, Qazaxıstan və Azərbaycanın bu layihəni reallaşdırmasının əleyhinədir. Çünki Transxəzər boru kəməri reallaşarsa və Azərbaycan ərazisindən Avropaya qaz ötürülərsə, onda əlbəttə ki, onlara rəqib formalaşacaq. Ona görə də bu dövlətlər layihəyə mane olmaq üçün xof yaratmağa çalışırlar. Onlar buna görə guya ətraf mühitin və bioloji aləmin “qayğısına qalmaqdan” belə çəkinmirlər”.

Politoloq vurğulayıb ki, burada böyük dövlətlər riyakarlığa və yalana yol verir:

“Rusiya və İran güclü dövlətlərdir. Onların Xəzər dənizi məsələsində mövqeyi hələ ki, aparıcı hesab olunur və biz bundan kənara çəkilə bilmirik. Ancaq bu daim belə qala bilməz. Vaxt gələcək burada geosiyasi vəziyyət dəyişəcək”.

Qeyd edək ki, Soçidə Gənclər və Tələbələrin Beynəlxalq Festivalında çıxışı zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrov Qara dənizdən fərqli olaraq, Xəzərdə dəniz mühitinin çox kövrək olduğuna görə bu cür boru kəmərləri haqqında düşünməzdən əvvəl onun ətraf mühitə necə təsir edəcəyi üzərində işləmək lazım olduğunu deyib.

Tarix
2017.10.17 / 16:21
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla