Yuxarı

Qarabağ savaşı bu tarixdə başlaya bilər ­- Gizli sövdələşmə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qondarma Dağlıq Qarabağın rəhbəri Bako Saakyan bir tərəfdən Azərbaycana qarşı psixoloji təzyiq elementindən istifadə edir, digər tərəfdən isə Rusiya-Ermənistan-Dağlıq Qarabağ gizli silah sövdələşməsinin mexanizmini açıqlayır.

Bu sözləri Axar.az-a Qarabağ separatçılarının rəhbəri Bako Saakyanın Qarabağ ordusunun qarşıdakı 3 il ərzində sürətlə silahlanacağı barədə sözlərini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Rusiyanın Ermənistana kredit adı altında dağıdıcı silahlar göndərdiyini qeyd edib:

“Bu silahların içərisində dağıdıcı silahlar – raket texnikası, ağır odsaçan silahlar, xüsusən T-90 tankları üstünlük təşkil edir. Rusiya tərəfi bunu Ermənistana ayrılmış kredit kimi təqdim etsə də, əslində, bunlar hamısı pulsuz, heç bir ödəniş olmadan Ermənistana, oradan isə Dağlıq Qarabağa göndərilir. Aprel döyüşlərindən sonra Dağlıq Qarabağın müdafiə sistemləri daha da möhkəmləndirilib, ermənilər yeni silahlarla təchiz edilib və yeni silahların daxilolma prosesi davam edir. Ermənistan ordusunun müasir silahları mənimsəməsində Rusiyadan göndərilən təlimatçıların rolu böyükdür. ATƏT-in Minsk Qrupunun həmsədri olan bir ölkənin təcavüzkarı bu cür silahlandırması bölgəni barıt çəlləyinə çevirir. Bu, çox təhlükəli tendensiyadır”.

Politoloq Qarabağ separatçı qruplaşmasının qarşıdakı 3 il ərzində müdafiə potensialı və hücum gücünü artırmasının ölkəmizə qarşı hər hansı bir təxribat hazırlığı olmasını istisna etmədiyini bildirib:

“Belə bir hal, Qarabağda 3 ildən sonraya hesablanan təxribat, əlbəttə, mümkündür. Ermənistan ordusu yenidən qurulur. Rusiya istehsalı müasir silahlarla təchiz olunur. Bu, 3 illik proqram xarakterli hərbi silahlanmadır və Saakyanın bu barədə danışmasında müəyyən blef elementləri var. Bununla ölkəmizə psixoloji təzyiq göstərməyə çalışırlar. Onu da qeyd etmək lazımdır ki, Rusiya əvvəlkindən daha çox Ermənistana yardım etməyə başlayıb. Nəticə etibarı ilə bu gün bölgənin ən çox militaristləşdirilmiş, silahla təchiz edilmiş ərazisi Dağlıq Qarabağ və Ermənistandır. Ermənistan Avropada silahlar və silahlı qüvvələrin yerləşdirilməsinə dair müqavilənin kvota şərtlərini kobud şəkildə pozur. Burada hər bir dövlətin nə qədər silah və canlı qüvvəyə malik ola biləcəyindən bəhs edilir. Ermənistan isə nəzərdə tutulandan 26 dəfə çox kvotaya malikdir. Bütün bunlar onu göstərir ki, Ermənistan tərəfi hətta müəyyən edilmiş silah kvotasını pozmaqdan belə çəkinmir”.

Qeyd edək ki, Qarabağ separatçılarının rəhbəri Bako Saakyan qarşıdakı 3 il ərzində separatçı silahlı qruplaşmanın “döyüş hazırlığının” artırılması və vəziyyətinin yaxşılaşdırılması üçün müxtəlif proqramların həyata keçiriləcəyini deyib. O, Ermənistan ordusunun müasir hərbi texnika ilə təchiz olunacağını da bildirib.

Tarix
2017.10.18 / 09:00
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla