Yuxarı

Taleb Rifaidən İlham Əliyevə məktub

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Hörmətli cənab Prezident.

Sizi Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edirəm. Sizə ölkənizin və xalqınızın rifahı və inkişafı üçün ən xoş arzularımı çatdırıram.

Zati-alinizin səyahət və turizm sənayesinə şəxsi dəstəyi hökumətinizin Azərbaycanın davamlı sosial-iqtisadi inkişafı və qlobal miqyasda turizm sahəsində güclü brend kimi mövqe qazanması üçün bu sektora verdiyi önəmi göstərir. Sizə “Beynəlxalq inkişaf naminə davamlı Turizm İli-2017”yə Azərbaycanın verdiyi çox dəyərli dəstəyə görə minnətdarlığımı bildirirəm.

Bu səylərinizdə Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının davamlı dəstəyinə əmin olun. İnanıram ki, Azərbaycan və Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının möhtəşəm əlaqələri qarşıdan gələn illərdə də inkişaf edəcək.

Cənab Prezident, Sizi bir daha təbrik edirəm. Xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin", - təbrikdə qeyd edilir.

Tarix
2017.10.18 / 18:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla