Yuxarı

Ərdoğandan ermənilərə tutarlı cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidentinin Azərbaycana səfəri Bakı-Ankara münasibətlərinə xələl gətirməyə çalışan, ermənipərəst dairələrin əlində oyuncağa çevrilən qüvvələrə tutarlı cavab olacaq.

Bu sözləri Axar.az-a Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gözlənilən səfəri ilə bağlı danışan analitik Elçin Mirzəbəyli deyib. Politoloq vurğulayıb ki, Azərbaycan və Türkiyə prezidentlərinin qarışılıqlı səfərləri hər zaman iki ölkə arasında əlaqələrin inkişafı, regional və qlobal layihələrin həyata keçirilməsinə zəmin yaradan mühüm sənədlərin imzalanması, hər iki dövlətin birliyini və hədəflərini ifadə edən mesajların verilməsi ilə müşahidə olunub:

“Ərdoğanın ayın sonunda Bakıya gerçəkləşəcək səfərinin Azərbaycan və Türkiyə, eləcə də region üçün əhəmiyyətli olan hadisələrlə zəngin olacağını düşünürəm. Bu səfər eyni zamanda, iki qardaş ölkənin münasibətlərinə xələl gətirməyə çalışan, ermənipərəst dairələrin əlində oyuncağa çevrilən qüvvələrə də tutarlı cavab olacaq. Bildiyiniz kimi, səfər çərçivəsində Bakı-Tiflis-Qars dəmiryolu xəttinin açılışı da gözlənilir ki, bu, təkcə Azərbaycan, Türkiyə və Gürcüstan üçün deyil, regionda və subregionda əməkdaşlığa meyilli olan bütün ölkələr üçün tarixi önəm daşıyır”.

E.Mirzəbəylinin sözlərinə görə, səfərin hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edən bir zaman kəsiyində həyata keçirilməsi onun önəmini daha da artırır:

“Azərbaycanla Türkiyənin müzakirə edə biləcəyi məslələrin spektri hər zaman geniş olub. Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısında çox güman ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin inkişafı, qarşılıqlı sərmayələrin stimullaşdırılması, ortaq layihələr, enerji və nəqliyyat dəhlizlərinin diversifikasiyası, turizm, təhsil, müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi və s. məsələlərin müzakirə ediləcəyi ehtimalı var. Prezidentlərin ikitərəfli görüşündə Azərbaycan və Türkiyəni narahat edən məsələlər, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi, Suriya və İraq böhranı, beynəlxalq terrorizmə qarşı birgə mübarizə, regionda sülhə, əminamanlığa, təhlükəsizliyə təhdid yaradan amillər və digər məsələlər də müzakirə olunacaq”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri oktyabrın 30-da baş tutacaq.

Tarix
2017.10.19 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla