Yuxarı

ABŞ səfiri eyham vuran kimi Türkiyədə terakt baş verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mersindəki teraktın arxasında təkcə terror təşkilatı yox, hansısa dövlətin durması istisna edilmir.

Bu sözləri Axar.az-a politoloq Nəzakət Məmmədova dünən Türkiyədə 9.5 aydan sonra baş verən terrorun səbəblərini şərh edərkən deyib. O bildirib ki, Mersin şəhəri Türkiyənin həssas bölgəsində yerləşir və bu səbəbdən burada dəfələrlə terror cəhdi baş verib:

“Bu ilin aprel ayında prezident üsul-idarəsinə keçidlə bağlı referendum ərəfəsində də burada terror aktına cəhd qeydə alınmışdı. Həmin vaxt Mersinlə yanaşı Mut və Tarsus şəhərlərində ümumilikdə 12 İŞİD üzvü həbs olunmuş, onlardan silah-sursat və qadağan olunmuş ədəbiyyat götürülmüşdü. Bir ay öncə isə həmin şəhərdə Milli İstehbarat Təşkilatının yerli şöbəsinə daxil olmağa çalışan və üzərində partlayıcı qurğu olan terrorçu-kamikadze zərərsizləşdirilmişdi. Bunlar onu göstərir ki, Mersin terrorçuların diqqət mərkəzində, hədəfində olan ərazidir və burada daima terror təhlükəsi var. Son hadisə də bunu bir daha sübut etdi”.

Politoloq qeyd edib ki, terrorçuların polis avtobusuna hücum etməsi onların hədəfinin xüsusi xidmət orqanı, polis əməkdaşları olduğunu göstərir:

“Burada məqsəd ölkədə sabitliyi pozmaq, əhalini və hökumət orqanlarını vahiməyə salmaqdır. Məlumdur ki, Türkiyədə son 9 ayda terror aktı demək olar ki, törədilməmişdi. Burada cənub-şərqi Anadoluda PKK-nın hökumət qüvvələri ilə apardığı döyüşləri və onların terror müharibəsini xüsusi hal kimi istisna etməliyik. Söhbət digər terrorçu qruplaşmalar tərəfindən Türkiyə ərazisində baş verən teraktlardan gedir”.

Politoloq vurğulayıb ki, son aylarda Türkiyə ərazisində nəzərəçarpacaq sabitlik yaranmışdı:

“ABŞ-ın Türkiyədəki səfiri Con Bass da öz açıqlamasında iki ölkənin xüsusi xidmət orqanlarının əməkdaşlığı nəticəsində terrorun qarşısının alındığını qeyd etmişdi. Burada belə bir sual yaranır ki, Türkiyədə terror, sabitliyin pozulması hansı qüvvələrə və ya dövlətlərə lazımdır? Bu suala cavab axtarmağa başlayanda son günlərdə bir neçə faktı xatırlatmaq yerinə düşər. Təbii ki, ilk ağıla gələn PKK və PYD/YPG olur. Bunlar Türkiyədə terror aktı törətməkdə ən çox maraqlı olan terror təşkilatlarıdır. Polis əməkdaşlarına hücum və partlayıcının uzaqdan idarə olunan detonatorla törədilməsi adıçəkilən təşkilatların dəst-xəttinə oxşayır. Çünki kürd terrorçuları adətən kamikadze üsulundan istifadə etmir. İŞİD amili də istisna edilmir. Lakin Yaxın Şərqdə Türkiyənin düşmənləri təkcə terror təşkilatları yox, həm də başqa dövlətlər ola bilər”.

Politoloq bir həftə öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın Ankaradakı səfiri Con Bassla əlaqələri dayandırdıqlarını bəyan etdiyini və bunu viza verilməsinin dayandırılması ilə əlaqələndirməsini xatırladıb:

“Bununla yanaşı, Türkiyənin Rusiya ilə məlum S-400 razılaşmasının ardınca İdlibdə öz fəaliyyətini Rusiya ilə koordinasiya etməsi də təbii ki, ABŞ-ı narazı salan amildir. Rusiya XİN rəhbəri Lavrov bu günlərdə bəyan edib ki, ABŞ Suriyada Rusiya hərbçilərinə qarşı təxribatlar həyata keçirir. Təbii ki, Rusiya ilə bu sahədə yaxın əməkdaşlıq edən Türkiyə bununla ABŞ-ın apardığı siyasətə əks mövqedən çıxış edir. Artıq ABŞ üçün Türkiyə NATO müttəfiqindən daha çox, onun geosiyasi maraqlarına qarşı Rusiya ilə eyni mövqedən çıxış edən dövlətdir”.

Qeyd edək ki, dünən Türkiyənin Mersin şəhərinin Yenişehir səmtində polis avtomobili hərəkətdə olan zaman partladılıb. Bu hadisədən bir müddət öncə isə ABŞ-ın Türkiyədəki səfiri Con Bass çıxışında bildirmiş ki, 9,5 aydır Türkiyədə terror olmur: “Ona görə yox ki, İŞİD niyyətindən əl çəkib. Bunun səbəbi ABŞ-la Türkiyə arasında bu istiqamətdə aparılan işbirliyidir”.

Tarix
2017.10.19 / 08:30
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla