Yuxarı

Bakıya xəyanət edən 4 türkiyəli... - Çavuşoğlu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan sərhədlərini pozaraq Dağlıq Qarabağa qanunsuz səfər edən Türkiyənin 4 vətəndaşı ilə bağlı müvafiq addımlar atılıb.

Bunu Report-a Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, həmin şəxslər Türkiyə XİN-ə heç bir məlumat vermədən qeyri-qanuni olaraq Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə səfər ediblər: "Təbii ki, həmin şəxslərə lazımi xəbərdarlığı etmişik və zəruri addımları atmışıq. Türkiyə vətəndaşlarının bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyinin icazəsi olmadan işğal altındakı Dağlıq Qarabağ bölgəsinə səfər etməmələri ilə bağlı ümumi xəbərdarlıq hazırladıq və yaydıq. Biz bu məsələdə həssaslığımızı hər zaman qorumuşuq. Heç bir türk işğal altındakı Dağlıq Qarabağ bölgəsinə səfər etməməlidir. Azərbaycanın həssaslığı bizim həssaslığımızdır. Biz mərhum Prezident Heydər Əliyevin dediyi kimi, "Bir millət, iki dövlət"ik və "Azərbaycanın dərdi bizim dərdimiz, Azərbaycanın sevinci bizim sevincimizdir" deyiriksə, onda baş verənlərə yanaşmamız birmənalı olmalıdır".

Türkiyənin XİN başçısı vurğulayıb ki, Dağlıq Qarabağ işğal altındadır: "Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə bir türkün getməsi bizim üçün də qəbuledilməzdir. Biz bu məsələdə hər zaman olduğu kimi indi də Azərbaycanın yanındayıq".

Tarix
2017.10.19 / 17:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla