Yuxarı

Millət vəkilindən nikbin proqnoz: 2018-ci ildə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ticarət balansında müsbət saldo yaranıb. Azərbaycanda ixrac idxalı üstələyib. Bu gün idxala güclü nəzarətin olması ilə bərabər, həm də ixrac məhsullarında artım müşahidə olunur. Bu müsbət nəticə də qeyri-neft sektorunun hesabına əmələ gəlib.

Bunu Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov qeyri-neft sektorunun inkişafı ilə bağlı İqtisadiyyat Nazirliyinin açıqladığı göstəriciləri şərh edərkən deyib. O bildirib ki, neftdə azalmaya baxmayaraq, ümumi ixracda artma var və buna görə də Azərbaycana gələn dolların həcmi də artıb. Qeyri-neft sektoruna aid olan kənd təsərrüfatı və sənaye sahələrindəki artım da ümumi göstəricilərin müsbət yöndə dəyişməsinə səbəb olub:

“Bu gün ölkədə manat stabil olaraq qorunub saxlanılır. Bu da neftin qiyməti və pul kütləsinə olan güclü nəzarət ilə bağlıdır. Hesab edirəm ki, gələn il ümumi daxili məhsulun artması və qeyri-neft sektorunun daha da inkişaf etməsi üçün vəsaitlər lazımdır. Fikrimcə, gələn il hər şey daha yaxşı olacaq. Qeyri-neft sektoru ilə bağlı irəli sürülən layihələr, iqtisadi inkişafa yönəlmiş proqramlar 2018-ci ildə öz bəhrəsini verəcək”.

İqtisadçı ekspert Rəşad Həsənov isə açıqlamasında bildirib ki, bu müsbət gösətiriclərə səbəb son dövrlər hasilatın az olmasına baxmayaraq, neftin qiymətinin qalxmasıdır:

“Əvvəlki illərdə əsasən neft sənayesinin inkişafı daha çox diqqətdə saxlanılırdı. Məhz buna görə də neft hasilatındakı azalma sənayenin ümumi daxili məhsula təsirini azaldan əsas faktor oldu. Bununla da qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafı müsbət qiymətləndirilməyə başlandı. Hökumət ciddi addımlar atıb, bu sektorun inkişafını stimullaşdırdı. İnkişaf strategiyasını sürətləndirmək üçün həyata keçirilən subsidiyalaşdırmanı, qəbul edilən dövlət proqramlarını buna misal olaraq göstərmək olar. Əldə olunan inkişaf uğurları da bu sahəyə olan marağın artmasına gətirib çıxarıb. Əvvəlki dövrlərdə bu sahələr üzrə pərakəndəlik, özbaşınalıq müşahidə olunurdu ki, bu da son vaxtlarda həyata keçirilən islahatlar sayəsində aradan qaldırılıb. Bütün bunların məntiqli nəticəsi olaraq da həmin sahələr üzrə inkişaf göstəricilərində artım qeydə alınır”.

Ekspertin sözlərinə görə, manatın dəyərsizləşməsi Azərbaycan məhsullarının rəqabət qabiliyyətliliyini artırır:

“Daxili bazarlarda qiymətlərin artımı da istehsala təşviq edən amillərdəndir. Manatın dəyərsizləşməsi Azərbaycan məhsullarının rəqabət qabiliyyətliliyini artırır. Eyni zamanda ölkə məhsullarının xarici bazarlara çıxarılması amili də bu inkişafda müsbət rol oynayır. Azərbaycan məhsullarının “Made in Azerbaijan” brendi adı altında xarici ölkələrə təqdim olunmasının dövlət tərəfindən təşkili sahibkarlığın inkanlarını genişləndirir. Buna baxmayaraq, 2017-ci ildə ixracda müsbət saldonu şərtləndirən əsas amil neftin qiymətinin artımı olub. Çünki ötən illə müqayisədə qiymətlərdə 12 faiz artım var. Baxmayaraq ki, hasilatın həcmində 9 faiz azalma müşahidə olunub, amma qiymətlərin artması ixracın həcminə təsirini göstərib. Bu, növbəti illərdə də müsbət saldonun yaranması ilə nəticələnəcək göstəricilərə səbəb ola bilər. Çünki həm də son illər idxalın azalması faktı müşahidə olunur ki, bu da müsbət haldır. İdxalın azalması ölkənin tədiyyə balansına da müsbət təsir göstərir. Bu da manatın məzənnəsini sabitləyən amillərdən biridir”.

Qeyd edək ki, ötən gün İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş geniş kollegiya iclasında İqtisadiyyat naziri, Kollegiyanın sədri Şahin Mustafayev bildirib ki, bu ilin doqquz ayında qeyri-neft iqtisadiyyatı 2,5%, qeyri-neft sənayesi 3,1%, kənd təsərrüfatı 2,8%, xarici ticarət dövriyyəsi 7% artıb, müsbət saldo 4,4 mlrd. ABŞ dolları olub.

Tarix
2017.10.20 / 08:45
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla