Yuxarı

Ərdoğandan D-8 ölkələrinə maraqlı - Təklif

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkələrimiz arasında ticarətdə milli pul vahidlərimizdən istifadəyə zəmin yaradacağımız təqdirdə D-8 tarixində bir inqilaba imza atacağıq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul şəhərində keçirilən D-8 Zirvə görüşü zamanı deyib.

“D-8 prinsiplərinə və müdafiə etdiyi dəyərlərə olan ehtiyac azalmaq bir yana, daha da artıb. Belə ki, D-8 yalnız mənfəət ətrafında görüşən ölkələr toplusu deyil, bundan çox daha üstün olan ədalətli, dinc və sabit dünya tələbinin təsdiqli formasıdır. Biz D-8 üzvləri kimi dünyada çox az ölkəyə nəsib olan coğrafi imtiyazlara sahibik”, - Ərdoğan bildirib.

Türkiyə prezidenti D-8 ölkələri arasında mübadilə mərkəzinin qurulması üçün mərkəzi bankların birləşdirilməsi istəyi ilə çıxış edib:

“D-8 ölkələri olaraq iclaslarda iştirak səviyyəsini artırmalı, özəl sektor qurumlarını da bu məsələlərə daxil etməliyik. Prezidentlər olaraq D-8 zirvəsinin önəmini yaxşı qavramalıyıq. Hamımız D-8-ə sahib çıxmalı, onun daha effektiv, daha səmərəli, daha güclü olması üçün səy göstərməliyik”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmçinin D-8-in yeni üzvlərlə daha da qüvvətlənə biləcəyini qeyd edib.

Tarix
2017.10.20 / 12:58
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla