Yuxarı

Qərb İrəvanı işğalçı elan edərsə... - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbin dəstək olduğu, Qərbin maraqlarını həyata keçirən ölkələrə bu, baha başa gəlib. Hazırda həmin dövlətlər ərazisinin bir qismini itirib, əhalisinin vəziyyəti kəskin pisləşib, ən əsası isə Moskva ilə münasibətlərin gərginləşməsi qarşılığında Rusiyanın iqtisadi-enerji layihələrindən təcrid olunublar.

Bu sözləri politoloq Nəzakət Məmmədova Azərbaycanın Qarabağ probleminin həll edilməsi üçün Qərbə inteqrasiya etməsinin lazım olduğu ilə bağlı yayılan informasiyalara münasibət bildirərkən deyib. O qeyd edib ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir:

“Lakin praktikada daha çox Ukrayna, Gürcüstan, Moldova və s. kimi separatizmə məruz qalan ölkələrə dəstək olur. Bunun səbəbi ondan ibarətdir ki, bu ölkələr birmənalı surətdə Qərbə inteqrasiya yolu tutduqlarını bəyan ediblər.

Xatırlayırsınızsa, 2008-ci ildə Gürcüstan Rusiya ilə müharibə apardı. Artıq Gürcüstan ərazisində NATO-nun Təlim Mərkəzi açılıb, Alyansın bir sıra tədbirləri bu ölkənin ərazisində həyata keçirilir. Bu ölkə Cənubi Qafqazda, MDB-nin cənub cinahında Qərbin forpostu rolu oynayır. ABŞ prezidenti, yüksək rütbəli diplomatlar, siyasətçilər oraya səfərlər edərək ölkənin avrointeqrasiya xətti tutmasını müzakirə ediblər. Ukrayna da hazırda Rusiya ilə gərgin münasibətlər dövrünü yaşayır, Krım ərazisi ilhaq olunub, ölkənin şərq hissəsi faktiki Rusiyanın nəzarətindədir. Yəni, bu ölkələr ABŞ və Avropanın Şərqi Avropada və Cənubi Qafqazda geosiyasi maraqlarının həyata keçirilməsinə şərait yaradıblar, Rusiyanın maraqlarını qəbul etməkdən birmənalı surətdə imtina ediblər”.

Politoloq qeyd edib ki, Azərbaycan balanslaşdırılmış siyasət yürüdür:

“Bakı həm Qərblə, həm Rusiya ilə münasibətlərini normal qaydada saxlamağa çalışır və buna nail olur. Azərbaycan bu mövqeyi tutmaqla çox doğru siyasət həyata keçirir. Çünki xarici siyasətdə avantüra yolverilməzdir və hazırkı siyasət müdriklik, praqmatiklik, milli maraqların əsas götürülməsini tələb edir.

Digər tərəfdən Ermənistan Rusiyanın həddindən artıq təsirində olduğu, İranla sıx əməkdaşlıq etdiyi üçün Qərb bu ölkəni təsirdən çıxarmaq və öz nüfuz dairəsinə daxil etmək istəyir. Ermənistanın Rusiya və İranla hərbi-iqtisadi əlaqələri var. MDB-nin cənub sərhədlərində və NATO üzvü Türkiyə ilə sərhəddə Rusiyanın hərbi bazasının olmasına Ermənistan şərait yaradıb. Rusiyanın geosiyasi maraqlarının birbaşa həyata keçirən Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatlarının üzvüdür. Buna görə də Qərb dövlətləri Ermənistanı işğalçı elan etməklə daha da Rusiyaya yaxınlaşdırmaqdansa, onu öz orbitinə qaytarmaq üçün Qarabağ məsələsində tarazlaşdırıcı mövqe tutur”.

Tarix
2017.10.23 / 23:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla