Yuxarı

Kölndə erməni həyasızlığı: Türkiyəyə ərazi iddiası... – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya ermənilərdən Türkiyəyə qarşı bir vasitə kimi istifadə edir.

Bu sözləri politoloq Qabil Hüseynli Axar.az-a açıqlamasında Almaniyanın Köln şəhərində “Ağrı dağının səssizliyi - Erməni mədəniyyəti və tarixi” adlı tədbirdə ermənilərin Türkiyənin yarısını və Kipr adasını xəritədə öz əraziləri kimi təqdim etməsinə münasibət bildirərkən söyləyib. O bildirib ki, ermənilər tarix boyu türkiyə ərazilərinə iddialarını gizlətməyiblər:

“Ermənilər xəstə təxəyüllərinə uyğun hesab edirlər ki, Ərzurum, Qars, İqdır, Van da daxil olmaqla, Türkiyənin böyük bir hissəsi guya Qərbi Ermənistana aiddir və bu torpaqlar mütləq onlara qaytarılmalıdır.

Bu çox iyrənc bir uydurmadır. Onlar Türkiyə ilə sərhəddə yerləşən Ağrı dağını özlərininki hesab edirlər, halbuki dağlar Türkiyəyə məxsusdur. Ermənilər Ağrı dağını tarixlərinə daxil ediblər. Bununla da Türkiyə ərazilərinə olan iddialarını əsaslandırmağa çalışırlar. Amma fakt budur ki, Ermənistanın hazırda mövcud olduğu ərazilər də, Dağlıq Qarabağ da qədim türk torpaqlarıdır. Ermənilər (hayestanlılar) Dəclə və Fərat çaylarının arasındakı Mesopotamiya ərazisində yaşıyıblar. Onlar Osmanlı imperiyası dövründə, 16-cı əsrdən başlayaraq Türkiyənin sözügedən ərazilərinə, “Gülüstan” və “Türkmənçay” müqavilələrindən sonra isə Qərbi Azərbaycan torpaqlarına köçməyə başlayıblar. 1898-ci ilin statistikasına görə, ermənilər həmin dövrdə Qərbi Azərbaycanda əhalinin təxminən 38%-ni, azərbaycanlılar isə 61%-ni təşkil ediblər”.

Politoloqun sözlərinə görə, Almaniyanın erməniləri bu formada dəstəkləməsi böyük siyasi yanlışlıqdır:

“Tarix boyu istər Osmanlı imperiyası dövründə, istərsə də indiki cümhuriyyət dövründə həmişə Türkiyə Almaniya ilə yaxşı qonşuluq münasibətlərində olub. Hətta iki ölkə həm Birinci, həm də İkinci Dünya müharibəsi dövründə müttəfiqlik edib. Bu ölkələr arasında münasibətlər gərginləşən kimi ermənilər Almaniya ərazisində fəallaşıblar. Almanya hökuməti vəziyyətdən istifadə edərək onlardan türklərə qarşı “maşa” kimi istifadə etməyə başlayıb. Buna görə də ermənilər indiki dövrdə tarixlə heç bir əlaqəsi olmayan və heç nə ilə sübut oluna bilməyən tədbirləri həyata keçirirlər. Fikrimcə, bu, Almaniyanın yol verdiyi çox böyük siyasi nankorluqdur. Çünki Almaniyanın özü vaxtilə torpaqlarının bir hissəsini (Şərqi Almaniya torpaqları) itirib. Yəni Almaniya torpaq itirməyin nə olduğunu və onun yaratdığı problemləri çox yaxşı başa düşür. Məhz buna görə də Almaniyanın ərazisində bu cür avantürist tədbirlərin keçirilməsinə icazə verməsi və ya göz yumması çox böyük yanlışlıqdır. Bu. gələcəkdə bumeranq effekti ilə Almaniyanın özünə qarşı çevrilə bilər”.

Q.Hüseynli bildirib ki, bu gün cəmi 3 milyon əhalisi olan kiçik bir dövlətin ərazi iddiaları 80 milyonluq Türkiyəni sarsıda bilməz:

“Düşünmürəm ki, Almaniya hökuməti ermənilərə dəstək verərək Türkiyəyə zərbə vura bilsin. Türkiyə dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələri sırasındadır və kifayət qədər hərbi qüvvəsi var. Ermənistanda isə cəmi 3 milyon əhali yaşayır. Onların da yarıdan çoxu qocalardır. Ermənistan eyni zamanda iqtisadi cəhətdən inkişaf etməyən, geridə qalmış ölkədir.

Ermənilər Türkiyə və Azərbaycan ərazilərində o zaman yaşamaq haqqına sahib olacaqlar ki, təcavüzkar niyyətlərindən əl çəksinlər, qonşuları ilə normal münasibətlər qursunlar və istila etdikləri torpaqları geri qaytarsınlar”.

Tarix
2017.10.24 / 08:00
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla