Yuxarı

Sarkisyan Əliyevlə görüşündən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Prezidenti ilə görüş çox güman ki, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların yeni mərhələsi və yeni başlanğıc anlamına gəlir".

Bu sözləri Ermənistan Prezidenti Serj Sarkisyan ölkənin Mədəniyyət Nazirliyinin rəhbər heyəti ilə keçirdiyi müşavirədə deyib.

"Vyanada Azərbaycan Prezidenti ilə görüşü necə qiymətləndirirsiniz və danışıqlar prosesində müəyyən irəliləyiş barədə danışmaq olarmı" sualını S. Sarkisyan belə cavablandırıb: "İrəliləyiş barədə danışmağa çətinlik çəkirəm, lakin görüşdən sonra mənim görüşü necə qiymətləndirməyim barədə verilən suala qısa cavab verdim: normal. Doğurdan da normal qiymətləndirirəm, o baxımdan normal ki, bu görüş çox güman ki, danışıqların yeni mərhələsi və yeni başlanğıc anlamına gəlir. Təqribən iki il idi ki, görüşmürdük, bu isə o deməkdir ki, danışıqlar yüksək səviyyədə dayandırılmışdı".

S.Sarkisyanın sözlərinə görə, Azərbaycan tərəfində problemi həll etmək arzusunu görüb və özü də ən qısa müddət ərzində münaqişənin həllində maraqlıdır: "Hər şey tərəflərin bu məsələni hansı şərtlərlə həll edəcəyindən asılı olacaq".

S.Sarkisyan qeyd edib ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinə dekabrın əvvəlində dövlət başçılarının yeni göstərişləri əsasında danışıqlar mərhələsini başlamaq tapşırığı verilib: "Dekabrda ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri gözlənilir".

Tarix
2013.11.22 / 21:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla