Yuxarı

Səudiyyənin yeni yolu: “mülayim islam” nə deməkdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İslam ölkəsi” anlayışı ümumiyyətlə doğru deyil. “İslam prinsiplərinin tətbiq olunduğu ölkələr” anlayışı daha məntiqlidir.

Bu sözləri Axar.az-a millət vəkili Fazil Mustafa Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əbdüləziz əs-Səudun “mülayim islam”a keçməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib. O qeyd edib ki, islam prinsipinin tətbiq olunduğunu iddia edən Səudiyyə Ərəbistanı, İran kimi ölkələrdə bir çox hallarda islamın prinsiplərindən fərqli bir şeylər ortaya qoyulur:

“Ona görə də Səudiyyənin vəliəhd şahzadəsinin belə açıqlama verməsi ümidvericidir, amma insanların düşüncəsində dəyişiklik etmək çox çətin olacaq. Belə anlaşılır ki, onlar sərt vəhhabi ehkamlarından imtina etmək niyyətindədirlər. Bunun üçün də bu ölkədə heç olmasa Türkiyə modelinə uyğun cəmiyyət qurulmalıdırlar ki, din və dünyəvi yaşam arasında fərqi, balansı qoruya bilsinlər. Çünki “dini dövlət” deyilən bir anlayışın qüvvədə olması dünyada ədalətin təcəlli etməsi mənasına gəlmir. Bir çox hallarda belə ölkələr əslində ədalətsizliyin daha geniş yayıldığı areala çevrilir. Ona görə də bu məsələdə bir yeniləşmə o qədər də real görünmür. İllərdir tətbiq olunan sərt ehkamlardan Səudiyyə Ərəbistanı və ya İran imtina edə bilərmi? Bu ölkələrin ideoloji varlığını göstərən və islamın özünə də tərs düşən bir modeldir. Bu açıqlama Səudiyyə Ərəbistanın dövlət siyasətində islam üzərinə bu qədər yüklənmiş, islama aidiyyəti olmayan ehkamları onun adı ilə təbliğ edən anlayışın ortadan qalxması mənasına gəlməyəcəkdir”.

Millət vəkili qeyd edib ki, yaxın zamanlarda bu imtinanın praktikada nəyi nəzərdə tutacağı maraqlıdır:

“Amma ölkədə rəhbərlik səviyyəsində artıq dərk edirlərsə ki, bu modellə tanınan islam Peyğəmbərin islamı deyil və bu, İranda da dərk edilsəydi, tamamilə başqa bir əxlaq ölçüləri və prinsipləri, ədalət üzərində bərqərar olan islamın tanıtımı baş verərdi. Maraqlıdır, artıq Səudiyyə Ərəbistanında tolerant yanaşma başlayacaqmı? Ən azından qadınların hüquqsuz vəziyyətə salınmasından imtina ediləcəksə, onda bu açıqlamanın səmimiyyətinə inanmaq olar. Şahzadənin bu açıqlaması onu göstərir ki, ümumiyyətlə bu qədər sərt ehkamçı dini yanaşma müasir elmin inkişafı ilə də tərsdir və cəmiyyətin dinamizmini öldürür. Çünki islamı ideologiya kimi yaşamaqdan imtina edərək, əxlaq prinsipləri daxilində hamıya açıq bir din kimi yaşamağa keçid daha vacibdir”.

İlahiyyatçı Elşad Miri isə bildirib ki, islamın mülayimi, radikalı, ortayollusu olmur. İslam konkret bir dindir. Yəni islam dini həmişə, hər zaman eyni formadadır. Bu məsələ konkret olaraq, düzgün şəkildə insanlara təqdim olunmalıdır:

“Buna görə də Səudiyyə şahzadəsinin bu açıqlaması düzgün yanaşma deyil və bu məsələ konkretləşməlidir. Çünki sadəcə, bu dinə inandığını iddia edən müsəlmanların bəzi davranışları, yaxud da bəzi kütləvi informasiya vasitələrinin bunu fərqli şəkildə təqdim etməsi nəticəsində islam gah radikal, gah da mülayim din kimi göstərilir”.

Elşad Mirinin sözlərinə görə, Səudiyyə Ərəbistanı indiyə qədər doğrudan da “radikal islam dövləti” kimi fəaliyyət göstərib:

“Yəni bunlar indiyə qədər deyirdilər ki, şəkil çəkmək haramdır. Bundan sonra bunun əksini iddia edəcəklərmi? Yəni bu məsələ onu göstərir ki, din hər hansı bir ölkənin, yaxud da qrupun əlində olmamalıdır. Din hər kəsin rahatlıqla yaşaya biləcəyi həyat tərzidir. Buna hər hansısa bir dövlətin mülayim, yaxud radikal formada yanaşması doğru deyil”.

Qeyd edək ki, Ər-Riyadda keçirilən konfranslardan birində çıxışı zamanı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əbdüləziz əs-Səud “mülayim islama” geri dönəcəklərini bildirib.

Tarix
2017.10.27 / 08:30
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla