Yuxarı

Kamal Abdulla Ural Universitetində - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Rusiyanın birinci Prezidenti Boris Yeltsin adına Ural Federal Universitetinin Elmi Şurası sentyabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru, professor, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla həmin universitetin fəxri doktoru adının verilməsi haqqında qərar qəbul edib. Rusiyanın Yekaterinburq şəhərində yerləşən, şimal qonşumuzun ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan bu universitetin rəhbərliyi akademik Kamal Abdulla Yekaterinburq şəhərində keçiriləcək təqdimat mərasiminə dəvət edib.

Axar.az xəbər verir ki, oktyabrın 27-də həmin ali məktəbin təşkilatçılığı ilə keçirilən, Rusiya təhsil və elm qurumları təmsilçilərinin, eləcə də bir sıra xarici ölkə universitetlərinin alimlərinin qatıldıqları və türk dünyasının aktual problemlərinin öyrənilməsinə həsr olunmuş beynəlxalq elmi konfransın gedişində akademik K.Abdulla Ural Federal Universitetinin fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi keçirilib. Diplomu təqdim edən Ural Federal Universitetinin rektoru Viktor Kokşarov rəhbərlik etdiyi universitetin fəxri doktorları sırasında tanınmış Azərbaycan aliminin də olmasının ali təhsil müəssisəsinə şərəf gətirdiyini, bu hadisənin ölkələrimiz və xalqlarımız arasında qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə xidmət etdiyini vurğulayıb. Həmçinin bunun Rusiya universitetləri ilə Azərbaycan ali məktəbləri, konkret olaraq isə Ural Federal Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında əməkdaşlığın daha da genişlənməsinə və dərinləşməsinə təkan verəcəyinə əmin olduğunu bildirib.

Yüksək mükafata görə minnətdarlığını bildirən akademik K.Abdulla iki ölkənin ali məktəbləri arasında əlaqələrin sıx olduğunu qeyd edib. Bununla belə, Azərbaycan və Rusiya arasında elmi əməkdaşlığın, təhsil, mədəniyyət sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu deyib.

Daha sonra akademik Kamal Abdulla Ural Federal Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində tələbələrlə görüşüb, urallı tələbələrə ölkəmizin bu günü, burada mövcud olan multikultural mühit, Azərbaycanın təhsil sistemi, rəhbərlik etdiyi ali məktəb haqqında məlumat verib, onların suallarını cavablandırıb. K.Abdulla Ural Federal Universitetinin bir qrup tələbəsinin Azərbaycanda təşkil olunan ənənəvi qış və yay multikulturalizm məktəblərində iştirak etdiyini xatırladıb, digər tələbələri də bu məktəblərin işinə fəal şəkildə qatılmağa dəvət edib. Dəvət tələbələr tərəfindən alqışlarla qarşılanıb.

Tarix
2017.10.27 / 22:11
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla