Yuxarı

Türk köçürülür, kürdə “dövlət” qurulur – Yüz illik plan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illərdə həm İraqın, həm də Suriyanın şimaında kompakt yaşayan türkmanların öz doğma yurdlarından köçürülməsi üçün bir sıra etnik təmizləmə və köçürmə siyasəti həyata keçirilib.

Bu sözləri Axar.az-a analitik Vüqar Zifəroğlu bir neçə milyonluq kürdün bundan dəfələrlə çox olan türklərdən fərqli olaraq, Şimali İraqda öz müstəqilliyini elan etməyə güc tapması və 300 milyonluq türk xalqının nümayəndəsi olan türkmanların buna cəsarət etmədiklərinin səbəblərini şərh edərkən deyib. O bildirib ki, Osmanlı İmperiyasının çöküşü ilə yenidən şəkilləndirilən Yaxın Şərqdə Qərb özünə yeni müttəfiqlər seçdi:

"Əslində kürdlərə vəd edilən torpaqlar və onların müttəfiq halına gətirilməsi Sevr müqaviləsi ilə başlasa da, 1923-cü ildə bağlanan Lozanna anlaşması bunun qarşısını aldı. Eyni zamanda Misaki-Millinin gələcəkdə gerçəkləşdirilməsi üçün yeni qurulan Türkiyə Cümhuriyyətinə əlavə manevr imkanları qazandırdı. Təbii ki, Qərbin Yaxın Şərqlə bağlı istər siyasətində, istərsə də hədəflərində son 100 il üçün prinsipial olaraq dəyişən bir şey yoxdur. Bölgədə marağı olan güclər də, aktyorlar da eynidir. Bu səbəbdən də təkcə Şimali İraqda deyil, eyni zamanda Suriyada da məhz bəlli qüvvələrə stavka edilməsi tarixi keçmişdən qaynaqlanan və bu günün reallıqları ilə möhkəmlənən bir məqamdır. Türkmanlafr isə hər zaman Türkiyənin başlıca dəstək verdiyi, eyni zamanda da dəstək aldığı bir qüvvə olaraq, Qərbin nəinki maraqlarına cavab vermir, hətta təhlükə rolunu da oynayır".

Tarix
2017.10.28 / 09:55
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla