Yuxarı

İtaliya mediası: Sərkisyan bilir və unutmamalıdır ki... - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın “Eurasian Business Dispatch” analitik portalı tədqiqatçı Domeniko Letisiyanın müəllifi olduğu “Ermənistan və Azərbaycan arasında sülh danışıqları: ümid və ya məyusluq” adlı məqalə yayıb.

Axar.az xəbər verir ki, məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirdikləri son görüş haqqında məlumat verilir, hər iki ölkənin xarici işlər nazirləri və ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşün nəticələri ilə bağlı bəyanatı diqqətə çatdırılır.

Müəllif Cenevrə görüşünün cari ilin iyul ayında işğal olunmuş Füzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində iki azərbaycanlı mülki vətəndaşın öldürülməsi ilə nəticələnmiş son gərginlikdən sonra prezidentlər arasında keçirilmiş ilk görüş olduğunu xatırladır. Məqalədə görüşün nəticələrindən doğan müsbət əhvali-ruhiyyəni prezident Serj Sərkisyanın Ermənistanın İsveçrədəki səfirliyində erməni diasporunun nümayəndələri ilə keçirdiyi görüşdə Qarabağın Azərbaycan sərhədlərindən kənarda mövcudluğunun münaqişənin yeganə həll yolu olduğunu deməsi ilə korladığı vurğulanır. Müəllif bu bəyanatla bağlı Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun fikirlərinə yer verərək, S.Sərkisyanın yenə də sözünü tutmadığını və danışıqlar zamanı əldə olunmuş razılığı pozduğunu bildirir. Məqalədə Novruz Məmmədovun aşağıdakı fikrinə yer verilir: “Sərkisyan bilir və unutmamalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və belə də qalacaq. Sərkisyanın planı nə onun vaxtında, nə də ondan sonra gələnlərin vaxtında reallaşmayacaq. Nə qədər himayədarlarına quyruq bulasa da, yuxusu çin olmayacaq”.

Yazıda Ermənistanın Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağ münaqişəsinin başlanması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalı, Ermənistanın işğal olunmuş ərazilərdə həyata keçirdiyi etnik təmizləmə siyasəti və Xocalı soyqırımı barədə məlumat verilir. Bundan əlavə, Ermənistanın öz hərbi–siyasi təcavüz aktını əsaslandırmaq məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərində özü də daxil olmaqla heç bir dövlət tərəfindən tanınmayan qanunsuz oyuncaq rejim yaratdığı qeyd olunur.

Məqalədə, həmçinin BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təsdiq edən və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən təcili, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinə Ermənistan tərəfindən məhəl qoyulmadığı diqqətə çatdırılır.

Məqalənin mətni ilə BURDAN tanış olmaq mümkündür.

Tarix
2017.10.28 / 19:34
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla