Yuxarı

Kataloniya Qarabağla eyniləşdirilə bilməz - Zülfüqarov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan BMT nizamnaməsinin 51-ci bəndinə uyğun olaraq, Ermənistanın ölkəmizə qarşı işğalına hərbi, siyasi və digər vasitələrlə cavab verə bilər.

Bunu Axar.az-a BMT-nin Baş katibi Antonio Quterreşin Kataloniya ətrafında baş verənləri İspaniyanın daxili məsələsi adlandırması fonunda eyniadlı beynəlxalq təşkilatın Dağlıq Qarabağa laqeyd münasibətinin səbəbləri ilə bağlı danışarkən Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Politoloq Kataloniya hadisələri ilə Qarabağ məsələsi arasında paralellərin aparılmasının tərəfdarı olmadığını bildirib:
“Bizdə Kataloniyada olduğu kimi separatizm problemi yoxdur. Azərbaycanın əraziləri birbaşa Ermənistan tərəfindən işğal olunub. Bu, separatizm deyil, irredentizm (etnik siyasət halında ərazi iddiası) siyasətidir. Faktiki olaraq Ermənistan hərbi işğaldan sonra Azərbaycan ərazilərini anneksiya etmək siyasəti yürüdür. Ermənistan məhz bu cəhdlərin üstünü örtmək üçün separatizm problemini uyduraraq müstəqil dövlət qurmaq istəyir. Bunlaın hamısı cəfəngiyyatdır. Ümumiyyətlə, bu proseslər bildiyiniz kimi “Miatsum” şüarı adı altında keçirildi. İndi də demək olar ki, işğal olunmuş torpaqlar və Ermənistan eyni siyasi, iqtisadi və hərbi qurumlardır. Ona görə də gərək Kataloniya məsələsini özümüzə şamil etməyək. Təbii ki, ikili standartlar mövcuddur. Hesab edirəm ki, Azərbaycan BMT nizamnaməsinin 51-ci bəndinə uyğun olaraq, Ermənistanın ölkəmizə qarşı işğalına hərbi, siyasi və digər vasitələrlə cavab verə bilər. Çünki bu, bir növ sözügedən bəndin birbaşa tələbidir. Bu hüquqi imkanlar faktiki olaraq beynəlxalq hüquq çərçivəsində Azərbaycan üçün mövcuddur”.

T.Zülfüqarov hesab edir ki, Azərbaycan işğal olunmuş ərazilərini Ermənistanın işğalından azad etmək üçün heç kəsin icazəsini gözləməməlidir:

“BMT-nin qətnamələrindən savayı, onun icra mexanizmləri də olmalıdır. Azərbaycana aid qətnamələr qəbul olunanda icraçı mexanizm kimi ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar seçildi. Ancaq digər məqamlarda BMT tərəfindən müxtəlif yollar seçilə bilər. Beynəlxalq təcrübə bunu deməyə əsas verir. Ancaq ikili standartların olduğu bəllidir. Bu o demək deyil ki, kimsə bizim yerimizə torpaqları azad etməlidir. BMT-nin icazəsini gözləmək lazım deyil. Çünki BMT-yə üzv olduqdan sonra təşkilatın nizamnaməsinin 51-ci bəndinə uyğun olaraq, Azərbaycanın beynəlxalq qanunlar çərçivəsində hərbi, siyasi yolla işğalı dəf etmək imkanı var”.

Qeyd edək ki, BMT-nin Baş katibi Antonio Quterreş Kataloniya ətrafında baş verənlərin İspaniyanın daxili məsələsi olduğunu bildirib. Hətta Baş katib tərəfləri problemi İspaniya Konstitusiyasına uyğun şəkildə həll etməyə çağırıb.

BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsiylə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələr Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini təsdiqləyir.

Söhbət 822, 853, 874 və 884 saylı qətnamələrdən gedir. Bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilandan dərhal çıxarılması tələb edilir. Bundan başqa, 2008-ci il martın 14-də BMT Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistan silahlı qüvvələrinin işğal altındakı ərazilərdən çıxarılmasını tələb edən qətnamə qəbul edilib. Sənəddə azərbaycanlıların öz evlərinə qayıtmaq hüququ da təsdiqlənib.

1994-cü ildə isə ATƏT-in tərkibində yaradılmış Minsk Qrupunun vəzifəsi Dağlıq Qarabağ münaqişəsinin həllində məhkəmə rolunu oynamaqdır. Minsk Qrupuna Türkiyə də daxil olmaqla, 12 dövlət üzvdür. Onlardan yalnız üçü - Rusiya, Fransa və ABŞ həmsədr dövlətlərdir. Bu həmsədrlər 1995-ci ildən etibarən münaqişənin həllində fəal iştirak etsələr də, hələ də erməni işğalına son qoymaq üçün ciddi addımlar atmayıblar.

Tarix
2017.10.29 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla