Yuxarı

Azərbaycan regionda lider olduğunu təsdiqlədi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Tiflis-Qars dəmir yolu xəttinin açılışı bütün dünya ictimaiyyətinin diqqətini cəlb etdi. Bundan sonra Azərbayanın daha çox uğurunun şahidi olacağıq.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Rufiz Qonaqov deyib. O bildirib ki, Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərinin ardınca Bakı-Tiflis-Qars dəmir yolu xəttinin açılışının dünya üçün çox önəmli bir hadisəyə çevrilməsi Bakının növbəti mühüm uğurudur:

“10 il ərzində ərsəyə gələn bu layihə nəticə etibarilə Avropa və Asiya arasında yükdaşımalara son dərəcə ciddi təsir göstərəcək. Bu layihənin həyata keçməsi Azərbaycan, Gürcüstan, Türkiyə də daxil olmaqla, bütün Avropa üçün çox vacib idi. Çünki bu layihənin reallaşması yükdaşımalar sahəsində həm Azərbaycan iqtisadiyyatı, həm də Avropa və Asiya bazarları üçün böyük dividentlər vəd edir. Ən mühümü isə odur ki, artıq Asiya ölkələrindən Avropa bazarlarına birbaşa çıxış imkanları yaranıb. Eyni zamanda, Avropa ölkələri də bu dəmir yolu xətti ilə öz yüklərini Asiyaya daşıya biləcəklər”.

Politoloqun sözlərinə görə, Azərbaycan dövlət başçısının iradəsi nəticəsində bu tarixi layihənin reallaşması ölkənin iqtisadi və siyasi həyatında öz sözünü deyəcək:

“Prezident çıxışında daha iki layihənin - Şimal-Qərb və Cənub-Qərb enerji nəqliyyat yollarının istifadəyə veriləcəyini açıqladı. Bu iki nəhəng layihə bir çox böyük ölkələri birləşdirəcək. Şübhə yoxdur ki, bu layihələr də yaxın zamanlarda reallaşacaq. Çünki artıq beynəlxalq təşkilatlar da bu layihələri dəstəklədiklərini bəyan ediblər. Bu, bir daha göstərir ki, Azərbaycan Cənubi Qafqazın lider dövləti olmaqla bərabər, Davos İqtisadi Forumunda qeyd olunduğu kimi, iqtisadi göstəricilərinə görə 35-ci yerdədir. Bu isə MDB ölkələri üzrə birincilik deməkdir. Azərbaycanın yüz illik müstəqillik tarixi olan ölkələri qabaqlaması məhz bu böyük iqtisadi layihələrin nəticəsidir”.

Qeyd edək ki, tikintisinə 2007-ci ildə başlanılmış və “Dəmir İpək Yolu” adlandırılan Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xətti ötən gün istifadəyə verilib.

Tarix
2017.10.31 / 16:47
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla