Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 İyul 2018


Həbs edilmiş tabor komandiri danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017.10.31, 22:56

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Konvoy taborunun keçmiş komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayevin daha bir maddə ilə ittiham edildiyi məlum olub.

Report-un əldə etdiyi məlumata görə, ona qarşı Cinayət Məcəlləsinin (CM) 179-cu (mənimsəmə) maddəsi ilə də ittiham irəli sürülüb.

B.Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə (308.2-ci maddə) yanaşı, həm də mənimsəmədə təqsirli bilinir. Ötən gün Nəsimi Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. Məhkəmə B.Abdullayevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, Ədliyyə Nazirliyi və Baş Prokurorluq Penitensiar xidmət əməkdaşlarının həbs olunması ilə bağlı birgə məlumat yayıb. Belə ki, bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.

Bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən dərhal Əməliyyat Qərargahı yaradılaraq həbsdən qaçmış şəxslərin digər hüquq-mühafizə orqanları ilə əlaqəli surətdə axtarışı və yaxalanması üzrə bütün zəruri tədbirlər görülür. Hadisənin baş verməsini yaradan şərait və səbəblərin araşdırılması üçün hərtərəfli prinsipial xidməti yoxlama aparılıb.

Xidməti yoxlamanın ilkin nəticələrinə əsasən, vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Bundan əlavə, həbs edilmiş şəxslərin vaqonda müşayiətini bilavasitə təmin edən qarovul rəisi Ceyhun Səmədov və digər 7 əməkdaş ədliyyə orqanlarından xaric edilib, Penitensiar xidmətin bir çox digər aidiyyəti məsul işçiləri ciddi intizam məsuliyyətinə cəlb olunublar.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin istintaqla müəyyən edilib ki, qarovul heyəti tərəfindən həbs edilmiş şəxslərin etapı zamanı E.Məmmədov və Ə.Ağamiyə münasibətdə "Həbs edilmiş şəxslərin müşayiət edilməsinə dair Qaydalar"ın tələblərinə riayət olunmayıb və bu da fövqəladə hadisə – təqsirləndirilən şəxslərin həbsdən qaçmağı ilə nəticələnib.

Bununla əlaqədar qarovul rəisi C.Səmədov, qarovul rəisinin köməkçiləri Fuad Hacıyev və Tural Platxanov Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulan əmələ görə cinayət məsuliyyətinə cəlb olunub və barələrində həbs qətimkan tədbiri seçilib.

Mühafizə altından qaçdıqlarına görə E.Məmmədov və Ə.Ağami Cinayət Məcəlləsinin 304.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunub. Həmin şəxslərdən biri - Ə.Ağami artıq həbs olunub.

Cinayət işi üzrə E.Məmmədovun tutulması, eləcə də cinayətin baş vermə şəraiti, əməllərində cinayət tərkibi olan bütün şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin icrası davam etdirilir.

***

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin konvoy taborunun keçmiş komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayevin məhkəmədə verdiyi ifadəsi məlum olub.

Məlumata görə, ötən gün Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə B.Abdullayev günahsız olduğunu deyib.

Barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün keçirilən prosesdə o, ittihamları qəbul etmədiyini bildirib.

Tarix
2017.11.01 / 14:14
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Konstitusiya Məhkəməsi növbəti iclasını keçirdi

Mədəniyyət naziri jurnalistləri təbrik etdi

Nüvə fəlakətinin izləri aşkar edildi: Şərabda...

"Qarabağla bağlı Fransanın mövqeyi ondan ibarətdir ki..."

Zakir Həsənov vacib tapşırıqlar verdi

Əliyevin Fransaya səfərinin xeyri... - Deputat açıqladı

Mattarellanın Bakı səfərindən dərhal sonra Əliyevin gedişi...

Tramp Putini Vaşinqtona niyə çağırdı? – Təəccüblü addım

Erməni əsirlərlə azərbaycanlı girovlar dəyişdiriləcək? - Video

Əliyeva DİN rəhbərlərinə çağırış etdi ki... - Politoloq

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla