Yuxarı

Sərkisyanın Moskva səfəri: İrəvanla növbəti gizli silah sazişi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan müdafiə nazirinin Moskvada keçiriləcək mədəniyyət günlərinə qatılması çox absurddur.

Bu sözləri Axar.az- Ermənistan Prezidenti Serj Sərkisyanın Rusiyaya səfərini şərh edən politoloq, keçmiş diplomat Fikrət Sadıqov deyib. Politoloqun fikrincə, əslində Ermənistanın mədəniyyət günləri adı altında Rusiyada Moskva-İrəvan münasibətlərinin bir sıra istiqamətləri müzakirə olunacaq:

“Düşünürəm ki, Moskvada əsasən iki məsələ - Ermənistanın yenidən silahlanması və İrəvanın müdafiəsi sahəsində işğalçıya daha güclü dəstəyin verilməsi gündəmdə olacaq. Çünki Ermənistan müdafiə nazirinin Moskvada keçiriləcək mədəniyyət günlərinə qatılması çox absurddur. Çox güman ki, Serj Sərkisyan səfər əsnasında Moskvadan bir sıra hərbi-texniki məsələlərin həlli üçün yardım istəyəcək. Qarabağ klanının sözügedən tədbirin keçirilməsi adı altında Rusiyaya yollanmasının əsl səbəbi məhz bundan ibarətdir. Bu, faktiki olaraq Rusiyanın İrəvanı silahlandırması prosesini davam etdirməsi deməkdir. Görünür, Ermənistan Azərbaycanın son zamanlar əldə etdiyi silahlardan və müasir hərbi texnikadan ehtiyat edir. Bu üzdən Vigen Sərkisyanın Moskvaya gözlənilən səfəri heç də təsadüfi deyil”.

Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan noyabrın 15-də Rusiyaya səfər edəcək. S.Sərkisyan Moskvada Ermənistan mədəniyyət günlərinin açılışında iştirak edəcək. Onunla bərabər Moskvaya parlament sədri, müdafiə naziri və deputatların gəlişi gözlənilir.

Tarix
2017.11.01 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla