Yuxarı

Prezident bu universitetin statusunu niyə ləğv etdi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Universitetin özünüidarəetməsi dedikdə daxilində yerli əhəmiyyətli məsələlərin həlli üzrə fəaliyyəti başa düşülür. Eyni zamanda, bu status kadr potensialı, maddi-texniki bazası, elmi-tədris uğurları nəzərə alınaraq, ali məktəblərin müəyyən olunmuş qayda əsasında muxtariyyəti deməkdir.

Bu sözləri Axar.az-a təhsil eksperti Kamran Əsədov ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin özünüidarəetmə statusunun ləğv olunmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, İqtisad Universiteti publik hüquqi şəxs olduqdan sonra burada əvvəlki sistemlə özünüidarəetmənin təşkili mümkün deyildi:

“21 iyun 2017-ci ildə Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında sərəncam imzalamışdı. Həmin tarixdən etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan universitetə çevrilmə yolu ilə yenidən təşkil edilməsi vurğulanırdı.

Bu sərəncamdan sonra isə universitetin idarə olunmasında ciddi şəkildə dəyişikliklər olacaq. Belə ki, buna qədər ali təhsil müəssisəsinin fəaliyyətinə bilavasitə rəhbərlik rektor tərəfindən edilirdi. Lakin o, daxili fəaliyyətdə müstəqil idi. Yəni rektor ali məktəbin fəaliyyəti nəticəsində əldə edilən gəlirdən təhsil müəssisəsinin daha da inkişaf etdirilməsi, təhsilin maddi-texniki bazasının genişləndirilməsi və müasirləşdirilməsi, təlimin stimullaşdırılması və digər məqsədlər üçün istifadə edə bilirdi. Lakin bir müddət əvvəl aidiyyəti dövlət orqanlarının apardığı araşdırmalardan sonra məlum oldu ki, İqtisad Universitetində fəaliyyət bu tələblərə uyğun təmin edilməyib. Müəyyən pozuntulara yol verilib”.

Ekspert qeyd edib ki, universitetə daxil olan ödənişlərdən əldə olunan gəlirdən şəxsi qazanc məqsədi ilə istifadə olunmasına icazə verilmədiyi halda, bir neçə il əvvəl buna yol verilib:

"Bu kimi halların baş verməsinin əsas səbəbi universitetin öz muxtariyyətinin və özünüidarəetmə hüququna malik olması idi. Lakin edilən dəyişiklikdən sonra kadr potensialı və maddi-texniki baza ilə bağlı məsələlərdə univesitet müstəqil fəaliyyət göstərə bilməyəcək və tabe olduğu quruma hesabat verəcəklər. Bundan əlavə, maliyyə dövriyyələri ilə bağlı şəffaf hesabatlar təqdim etməli olacaq".

Ekspert vurğulayıb ki, prezidentin bu sərəncamı universitetdə şəffaflığın təmin olunması üçün vacib qərardır:

“Prezidentin müvafiq sərəncamı növbəti tədris ilindən tələbələrin təhsil haqlarının artmasına təsir etməyəcək. Əksinə, maliyyə hərəkətliliyində şəffaflığın təmin olunacağına görə təhsil haqlarında müəyyən qədər azalma müşahidə oluna bilər”.

Qeyd edək ki, ötən gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusunun verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 iyun tarixli 949 nömrəli Sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb.

Bundan öncə Hesablama Palatasının kollegiya iclasında dövlət büdcəsindən Azərbaycan Dövlət İqtisad Universitetinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair aparılmış auditin nəticələri üzrə Hesabat müzakirə olunmuşdu. Hesablama Palatasının Kollegiyası Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən 2012-2014-cü illərdə təhsil haqqı üzrə daxilolmaların uçotunun aparılması, təhsil haqlarının yığılması və Universitetin bank hesabına köçürülməsi sahəsindəki nöqsanların ciddiliyini, eləcə də təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotdan yayındırılmasını nəzərə alaraq qanunamüvafiq tədbirlərin görülməsi üçün müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul etmişdi. Həmin qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Milli Məclisinə təqdim olunması qərara alınmışdı.

Bu müraciət əsasında hazırda Baş Prokurorluqda İqtisad Universiteti ilə bağlı başlanmış cinayət işi üzrə zəruri istintaq əməliyyat tədbirləri davam etdirilir.

Tarix
2017.11.03 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla