Yuxarı

Kataloniya presedenti: Bakının Qarabağ tələbləri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesab edirəm ki, Kataloniya presedenti Qarabağ məsələsində kifayət qədər ciddi bir nümunədir və bundan istifadə etməyi bacarmalıyıq.

Bu sözləri Axar.az-a açıqlamasında Bakının Kataloniya presedenti fonunda Brüsseldə keçiriləcək növbəti “Şərq tərəfdaşlığı” sammitindən gözləntiləri ilə bağlı danışarkən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Fazil Mustafa deyib. Millət vəkili Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində Azərbaycan üçün çox əlverişli situasiyanın yarandığını düşünür:

“Hesab edirəm ki, Kataloniya presedenti Qarabağ məsələsində kifayət qədər ciddi bir nümunədir və bundan istifadə etməyi bacarmalıyıq. Çünki ikili standartlar məsələsi artıq burada ortaya çıxacaq. Maraqlıdır, Ermənistanın ayrı-seçkilik addımlarını dəstəkləyirlərsə, onda Kataloniyanı niyə dəstəkləmirlər? Bu nə deməkdir? Əgər milli iradədirsə, Kataloniya iradəsini ortaya qoydu, hətta referendum da keçirdi. Ermənistan isə işğal yolu ilə buna nail almaq istəyir. Kataloniyanın müstəqilliyni tanımayan Avropa işğal yolu ilə ayrılmaq istəyəni tanıyırsa, deməli, hərbi münaqişəyə stimul verir. Ona görə də bu məsələdə birmənalı şəkildə Bakı üçün çox əlverişli məqam yaranıb. Hazırkı situasiya Azərbaycanın maraqlarına tamamilə uyğundur və Qarabağ məsələsində Bakının üstünlük əldə etməsinə gətirib çıxara bilər. Hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev bu istiqamətdə məsələnin həlli yönündə çox ciddi tələblər ortaya qoyacaq. Çox güman ki, Brüsseldə ölkələrin ərazi bütövlüyünün toxunulmazlığı prinsipi üstünlük təşil edəcək. Bu fonda Brüssel sammitindən müsbət gözləntilər istisna deyil. Əks halda Avropa məkanında hüquq standartları alt-üst olacaq”.

Millət vəkili bildirib ki, Avropa Birliyi ölkələrin ərazi bütövlüyü prinsipinə əks mövqe sərgiləyərsə, bu, Kataloniya və müstəqilliyə can atan başqa qurumlara pis yöndən rəvac verəcək:

“Avropa Birliyinin iradəsinin nədən ibarət olduğunu hələ dəqiq bilmirik. İndiyə qədər Ermənistanın işğalçılıq siyasətini dəstəklədiklərindən anormal bir qərar da qəbul edə bilərlər. Ancaq bunun Avropa üçün çox böyük problemlər yaradacağını öncədən hesablamamış olmazlar. Çünki ikili standartlar Dağlıq Qarabağ məsələsinə yanaşmada Avropa qurumlarının tam ifşa olunmasına səbəb ola bilər. Zənnimcə, Avropa Birliyi yanlış addımın yol açacağı fəsadlarını çoxdan ölçüb-biçməyə başlayıb”.

Qeyd edək ki, noyabrın 24-də Brüsseldə Avropa Birliyinin “Şərq tərəfdaşlığı” sammiti keçiriləcək. Sammitdə Azərbaycan və Ermənistan dövlət başçılarının da iştirakı gözlənilir.

Tarix
2017.11.03 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla