Yuxarı

Avropada Bakı üçün geniş meydan açılıb - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq Avropada Azərbaycan üçün çox geniş meydan açılıb ki, Kataloniyanın timsalında separatizmin Azərbaycan nümunəsini və onun doğurduğu ağır nəticələri açıb göstərsin.

Bu sözləri Axar.az-a açıqlamasında Bakının Kataloniya presedenti fonunda Brüsseldə keçiriləcək növbəti “Şərq tərəfdaşlığı” sammitindən gözləntiləri ilə bağlı danışarkən politoloq Qabil Hüseynli deyib. O bildirib ki, Azərbaycan son dövrlərdə Avropa yönümlü siyasətinə bir intensivlik verir:

“Azərbaycan həm NATO ilə, həm də Avropa Birliyi ilə genişmiqyaslı əməkdaşlıq edir. İndi yeni yaranmış şərait bizi vadar edir ki, “Şərq tərəfdaşlıq” proqramına da qoşulaq. Çünki Ermənistan da bu proqrama qoşulmaq istəyir. Avropa Birıliyi də həm Ermənistanın, həm də Azərbaycanın “Şərq tərəfdaşlığı” proqramın eyni vaxtda qoşulmasının tərəfdarıdır. Çünki Avropa Şurasına da bizi eyni zamanda qəbul ediblər. Bu nöqteyi-nəzərdən Azərbaycan Prexidenti İlham Əliyev çox düzgün addım ataraq bu proqrama qoşulacağını bildirdi. Bu proqrama qoşulmaq Azərbaycan üçün ciddi dividentlər gətirəcək. Çünki Azərbaycan Bakı-Tiflis-Qars dəmiryolunu işə saldı və bu hadisə Avropa Birliyi tərəfindən alqışlandı. Bu hadisə Azərbaycanın üzünün Avropaya tərəf olduğunu aydın şəkildə göstərdi. Gələn il isə TANAP layihəsi işə düşəcək və biz Avropa bazarlarını Azərbaycan qazı ilə təmin etməyə başlayacağıq. Bu, Azərbaycan üçün həm iqtisadi, həm də siyasi dividentlər gətirəcək”.

Politoloq qeyd edib ki, Kataloniya presedenti Qarabağ məsələsində istifadə etməyimiz üçün kifayət qədər ciddi bir nümunədir:

“Çünki Kataloniyadan fərqli olaraq bizdə silahlı, Ermənistan və digər bir super dövlətin dəstəyi ilə baş verən aqressiv separatizm olub və Azərbaycan bunun nəticəsində ağır itkilər verib. Fikrimcə, bu məsələdə Azərbaycan üçün yaxşı şərait yaranıb və biz bundan istifadə etməyi bacarmalıyıq”.

Politoloq vurğulayıb ki, sammitdə qəbul ediləcək yekun qətnamə Azərbaycan üçün əlverişli olacaq:

“Çünki Azərbaycan çalışacaq ki, aqresiv separatizmin pislənilməsi ilə yanaşı, onun yaratdığı nəticələrin aradan qaldırılmasına yönəlmiş bir bəndin yekun qətnaməyə salınmasına nail olsun”.

Qeyd edək ki, noyabrın 24-də Brüsseldə Avropa Birliyinin “Şərq tərəfdaşlığı” sammiti keçiriləcək. Sammitdə Azərbaycan və Ermənistan dövlət başçılarının da iştirakı gözlənilir.

Tarix
2017.11.04 / 09:07
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla