Yuxarı

Arif Rəhimov: "Bunu elan etməyə şadıq"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci il aprelin 27-dən 29-dək keçiriləcək Azərbaycan F1 Qran-Prisinin təşkilatçıları qarşıdakı yarışlara biletlərin satışına noyabrın 6-da başlanacağını elan ediblər. Dekabrın 31-dək 4 günlük uik-endə alınan biletlərə 20 faiz endirim qüvvədədir.

Axar.az xəbər verir ki, 4 günlük yarışlara biletin endirimli qiyməti, tribunadan asılı olaraq 160 manatdan 560 manatadəkdir. Birgünlük biletin qiyməti 60 manatdan 150 manatadəkdir. 2-15 yaş arası uşaqlara bilet xüsusi qiymətlərlə əldə ediləcək. Ödəniş ABŞ dollarının biletin alındığı günə olan kursu ilə həyata keçiriləcək.

“Baku City Circuit”un icraçı direktoru Arif Rəhimov deyib: “Aprel ayında Formula-1 yarışlarının tarixdə üçüncü dəfə Bakıda keçiriləcək mərhələsinə biletlərin satışına başlanmasını elan etməyə şadıq. Azarkeşlərə xüsusi təkliflər etməyimiz vacibdir. Hesab edirik ki, daha tez alınmış biletlərə endirim tamaşaçılarda bileti güzəştli qiymətlərlə əldə etməyə stimul yaradacaq.

2017-ci ildə keçirilən yarış inanılmaz dərəcədə baxımlı idi: biz yaddaşlarda uzun müddət qalacaq mübarizə gördük. Gələn ilin yarışması aprelə planlaşdırılıb, bu da Bakıda havanın necə olmasına qabaqcadan zəmanət vermir. Azarkeşlərə məsləhət görərdim ki, hələ ki satışda olan biletləri almağa tələssinlər”.

Tarix
2017.11.04 / 18:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Siyarto bu gün Azərbaycana gəlir

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla