Yuxarı

Millət vəkili Makarovla görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın şimal paytaxtında səfərdə olan Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovla görüşüb. Görüşdə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov da iştirak edib.

Baş konsulluqdan Axar.az-a bildirilib ki, tərəflər milli-mədəni muxtariyyətlərin beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfəni, həmçinin Sankt-Peterburqla Azərbaycan arasında parlamentlərarası əlaqələrin inkişafı məsələlərini müzakirə ediblər.

Vyaçeslav Makarov Sankt-Peterburq Qanunvericilik Məclisinin rəsmi nümayəndə heyətinin 2017-ci ilin sentyabrında Bakıya səfəri zamanı ikitərəfli münasibətlərdə ciddi irəliləyiş olduğunu qeyd edib. “Biz Sankt-Peterburq ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlığın və dostluğun möhkəmləndirilməsi məqsədilə hüquqi bazanın təkmilləşdirilməsini davam etdirəcəyik. Biz elm, təhsil, şəhər təsərrüfatı, mədəniyyət və turizm sahələrində səmərəli əməkdaşlığın inkişaf etdirilməsində maraqlıyıq”, - deyə Peterburq parlamentinin sədri bildirib.

Görüşdə qarşılıqlı əməkdaşlığın siyasi, iqtisadi, nəqliyyat sahələrində perspektivləri, mədəni-humanitar əlaqələrin parlamentlərarası münasibətlərin möhkəmləndirilməsində rolu barədə fikir mübadiləsi aparılıb.

Tarix
2017.11.06 / 21:26
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla