Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
26 Aprel 2018


Ərdoğan-Putin görüşündə sensasiya…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Rusiya prezidentlərinin görüşü önəmli bir zaman kəsiyinə təsadüf edir.

Bu sözləri Axar.az-a Ərdoğan-Putin görüşü və bu fonda Dağlıq Qarabağ məsələsinin müzakirəsi ilə bağlı bəzi suallara aydınlıq gətirən analitik Elçin Mirzəbəyli deyib. Analitik qeyd edib ki, bu görüşün Türkiyə prezidentinin Bakı-Tiflis-Qars dəmir yolu xəttinin açılışı və Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasında iştirakından, eyni zamanda, Azərbaycan-Rusiya-İran dövlət başçılarının Tehranda keçirilən zirvə toplantısından sonra baş tutması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi baxımından daha çox maraq doğurur:

“Belə hadisələr və görüşlər öncəsi müxtəlif ehtimalların irəli sürülməsi isə təbii qəbul olunmalıdır. Lakin bəzi həmkarlarımdan fərqli olaraq sensasion iddialarla çıxış etməyəcəyəm. Bunun üçün heç bir əsas yoxdur. Rusiyanın şərtləri barədə KİV-də yayılan məlumatlara gəldikdə, bunların yeni olmadığını düşünürəm. Artıq 3 ilə yaxındır ki, Azərbaycanda Rusiyanın ehtimal olunan şərtləri ətrafında müzakirələr aparılır. Bu məlumatların bir hissəsi ictimai rəyin öyrənilməsinə və yönləndirilməsinə, digər hissəsi isə hadisələrin perspektiv inkişafının şərh olunmasına xidmət edir. Azərbaycan münaqişənin ölkənin ərazi bütövlüyündən kənarda hər hansı bir formada həll olunmasına razılıq verməyəcək. Bu, müzakirəsinə ehtiyac duyulmayan bir mövqedir. Regionda baş verən proseslərin təhlili və mövcud reallıqlar Ərdoğan-Putin görüşündə münaqişənin həllinə xidmət edən hər hansı bir razılaşmanın olmayacağını deməyə əsas verir”.

Analitik hesab edir ki, sözügedən görüş daha çox Türkiyə-Rusiya münasibətlərinin inkişafı və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ankaranın iştirakının qəbul olunması baxımından önəmlidir:

“Görüş regional əməkdaşlıq formatlarının genişlənməsi üçün də müəyyən imkanlar yarada bilər. Məsələn, Azərbaycan-İran-Rusiya formatı Azərbaycan-Türkiyə-Rusiya-İran formatına çevrilə bilər. Yaxud bu prosesin başlanğıcı kimi Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatı ideyasının gerçəkləşməsi də mümkündür. Bütün hallarda görüşün daha çox regional əməkdaşlığın, xüsusilə də Rusiya-Türkiyə münasibətlərinin inkişafına xidmət edəcəyini düşünürəm. Hesab edirəm ki, Türkiyə və Rusiyanın dövlət maraqları baxımından uzlaşdırılması lazım gələn və prioritet sayılacaq mövzuların sayı yetərincədir. Bu sırada Dağlıq Qarabağ münaqişəsinin həllinin ön sıralarda yer ala biləcəyi az inandırıcı görünür”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə görüşmək üçün bu ölkəyə noyabrın 13-də səfər edəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunacağı da gözlənilir.

Tarix
2017.11.07 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Загрузка...
Digər xəbərlər

AŞPA-da Şuşa ilə bağlı etiraz: Qəbul edildi

KİV azadlığı sahəsində son durum açıqlandı - Reytinq

Azərbaycan Türkiyədə ən böyük investora çevrilir - Ərdoğan

Bu anlaşma imzalanacaq - Prezident

İlham Əliyev: Dostluğumuzun çox böyük gələcəyi var

Rusiyadan Ermənistandakı etirazlarla bağlı - Bəyanat

Quska Bakıya qarşı kimlərə pul verib? – Şok adlar

Sərkisyan Kremlə “sürpriz” etdi – Cavabı ağır olacaq

Ərdoğan-Əliyev görüşü: Bakı İrəvana yardım edə bilər

Mir Şahinin TV-si gözləntiləri doğrultdumu? – Ekspertlər

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla