Yuxarı

Qarabağda başlıca maneə odur: Putin qərar versə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi yolunda başlıca maneə Rusiya Xarici işlər naziri Sergey Lavrovdur.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Politoloq Lavrov məsələsinin artıq Dağlıq Qarabağ münaqişəsində xüsusi bir problemə çevrildiyini düşünür:

“Əgər dünənə qədər bu problem illeqal şəkildə mövcud idisə, indi demək olar ki, leqallaşır. Lavrov Dağlıq Qarabağla bağlı ermənipərəst mövqeyini açıq şəkildə ifadə etməkdən belə çəkinmir. Hesab edirəm ki, o, münaqişənin həll edilməsi yolunda çox böyük maneədir. Rusiyada formalaşmış erməni lobbisinin başçısı olan bu şəxs xarici işlər nazirindən çox, İrəvanı müdafiə edən ermənipərəst siyasi lobbinin başçısı kimi fəaliyyət göstərir. Milli mənsubiyyətinə görə onun Azərbaycanın haqlı davası olan Dağlıq Qarabağ məsələsinə qarışmağa mənəvi haqqı yoxdur”.

Politoloqun fikrincə, Lavrovun rus millətindən olan bir şəxslə əvəzlənməsi Qarabağ danışıqları prosesinə dinamizm verə bilər:

“Hətta bu, məsələnin mürəkkəb vəziyyətdən çıxmasına və prosesin bir qədər sadələşməsinə səbəb olar. Sadəcə, yaranmış reallığın acı gerçəkləri bundan ibarətdir ki, Lavrov həmişəkindən daha sərt formada problemin ermənilərin xeyrinə dəyişməsinə təsir göstərir. Soçi görüşündə ölkə başçısı bu məsələni qaldırmış və Putinlə təkbətək görüşündə ona müəyyən material və sənədlər də təqdim etmişdi. Rusiya prezidenti isə bu məsələ ilə bağlı araşdırılma aparılacağını və lazımı tədbirlərin görüləcəyini bildirmişdi. Hələ ki, dəyişən heç nə yoxdur. Birmənalı qaydada Putinin Lavrovla bağlı qərar qəbul edəcəyini söyləmək olduqca çətindir. Çünki Rusiyanın özündə tarixin dərin qatlarından irəli gələn bir ermənipərəst siyasət kök salıb. Qərbi Azərbaycan torpaqlarına ermənilərin köçürülməsində Rusiya imperiyasının böyük rolu olub və bu ənənə indi də davam edir. Lavrovun Rusiyadakı erməni lobbisinə başçılıq etməsi bu prosesi daha qəbuledilməz bir səviyyəyə qaldırır”.

Tarix
2017.11.07 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla