Yuxarı

Növbəti böyük uğura imza atdıq - İlham Əliyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan növbəti böyük uğura imza atıb. Bu dəfə idmanın şahmat növündə, intellektual idman növündə qazanılmış qələbə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan komandası Avropa çempionatında birinci yer tutub və çempion olub. Bu, bütün Azərbaycan xalqını sevindirən qələbədir. Şadam ki, bu, artıq birinci qələbə deyil, bu, üçüncü qələbədir. Bu, onu göstərir ki, budəfəki qələbə də təsadüfi qələbə deyil, bu, təbii qələbədir. Bu qələbə Azərbaycan xalqının istedadına, intellektinə əsaslanan qələbədir.

Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev noyabrın 8-də şahmat üzrə Avropa komanda çempionatının qaliblərindən ibarət nümayəndə heyəti ilə görüşdə deyib.

Dövlətimizin başçısı bildirib ki, bu qələbə doğrudan da həm müstəqilliyimizin uğurlu inkişafını və həm də ölkəmizin intellektual səviyyəsini göstərir. Azərbaycan Olimpiya Oyunlarında, Avropa və İslam Həmrəyliyi Oyunlarında artıq dünyada sübut edib ki, böyük idman dövlətidir. Biz Bakıda keçirilmiş Avropa Oyunlarında ikinci, İslam Həmrəyliyi Oyunlarında isə birinci yerə layiq görüldük. Yay Olimpiya Oyunlarında isə medalların sayına görə biz dünya miqyasında 14-cü yerdəyik. Bu, tarixi nailiyyətdir, tarixi qələbədir. Bu qələbə - şahmat sahəsində əldə edilmiş qələbə onu göstərir ki, xalqımızın, eyni zamanda, çox güclü intellektual potensialı var. Bu, əlbəttə ki, ölkəmizi və xalqımızı fərqləndirən amillərdən biridir. Həm döyüş idman növlərində, eyni zamanda, komanda idman növlərində də uğurlarımız var. İntellektual idman növündə - şahmatda bu qələbə doğrudan da bizim hamımızı çox sevindirir.

Azərbaycan Prezidenti vurğulayıb ki, Avropa qitəsində şahmat sahəsində birinci olmaq, özü də üçüncü dəfə birinci olmaq doğrudan da böyük tarixi qələbədir.

Tarix
2017.11.08 / 21:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla