Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 İyul 2018


Bizdə “üçüncü cins” məşhurlar var... - Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kimsə özünün orientasiyasını cəmiyyətə sırımaq istəyirsə, buna mühafizəkar yanaşan insanlar da qanunlar çərçivəsində bunun ailə institutuna mənfi təsir göstərməsi ilə bağlı təbliğat aparmalıdır.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa Almaniya Konstitusiya Məhkəməsinin 2018-ci ildən ölkə vətəndaşlarının öz vəsiqələrində “üçüncü cins” nümayəndələri olmalarını göstərmələrinə izn verməsi ilə bağlı qərarına münasibət bildirərkən deyib. O bildirib ki, bu tip halların adiləşdirilməsi cəmiyyətdə bir çox fəsadlar yaradır:

“Buna stimul yaratmaq, qadın və kişidən başqa digər cinsin tanınması ilə bağlı mühitin yaradılması başlıca yanlış addımdır. Buna görə də qanunda, şəxsiyyət vəsiqələrində bunun göstərilməsi əslində yaxşı haldır. Çünki kiminsə vəsiqəsəsinə baxanda artıq onun haqqında müəyyən fikir insanlarda yaranmış olar. Bizdə də belə bir şeyin tətbiq olunmasını istəyərdim. Çünki bu hallara bizim ölkədə də çox rast gəlinir. Təəssüf ki, artıq bunu həyat tərzinə çevirən vəzifəlilər, tanınmışlar var və bunlar arxa planda danışılır. Bu yaxınlarda DİN 100 nəfərə yaxın belə şəxsə qarşı əməliyyat keçirmişdi. Bundan sonra böyük bir skandal yarandı, xaricdən təzyiqlər oldu”.
Millət vəkili qeyd edib ki, bu şəxslərin bilinməsi bizim də xeyrimizədir:

“Doğrudur, belə anormal həyat tərzinin mənəvi fəsadları var, amma bunun hüquqa daşınması, cəmiyyətdə rəsmi olaraq tanınması zərərli deyil. Çünki narkomanın, SPİD xəstəsinin tanınması ən azı insanların bu kateqoriyadan olan insanlarla davranış qaydalarını müəyyənləşdirməyə kömək etdiyi kimi, bunu həyat tərzinə çevirən insanları tanımaq da onlarla necə davranacağımızı bəlli edər. Unutmaq olmaz ki, bu hallar müasir dünyanın gəldiyi bir nöqtədir. Anormal, insan təbiətinə zidd olan bir proses olmasına baxmayaraq, bu artıq Avropada, bizdə də reallığa çevrilib. Ona görə də bu halın sənəddə göstərilməsi işin təhlükəli tərəfi deyil”.

Millət vəkili vurğulayıb ki, bu halların rəsmiləşməsi deyil, təbliği ziyanlıdır və ailə institutuna zərər vurur:

“Çünki ailə müqəddəs institutdur. Belə halların təbliği müəyyyən insanları ailə qurmaqdan, yaxud da normal insan həyatı yaşamaqdan çəkindirir. Bu halların təbliğinə bir səbəb də Avropanın getdikcə qocalması, qoca qitə olması, burada əhalinin artımının aşağı düşməsidir”.

Qeyd edək ki, Almaniya Konstitusiya Məhkəməsi ölkə vətəndaşlarının öz vəsiqələrində “üçüncü cins” nümayəndələri olmalarını göstərmələrinə izn verib. Yeni qaydaların 2018-ci ilin sonundan tətbiq ediləcəyini bildirib.

Tarix
2017.11.10 / 08:45
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Onlar Rusiya ilə müharibə istəyirlər - Tramp

İrəvanın Bakı əleyhinə standart şüarları... - Millət vəkili

Putinlə görüş Trampın başına bəla oldu – Politoloq

Tramp bəşəriyyət naminə risklər edir – Maraqlı baxış

Tramp dünyanı təhlükəyə atır: nələr ola bilər?

İtaliya Bakının səmimi, sadiq tərəfdaşıdır - Mattarella

Ermənistan bunların heç birinə məhəl qoymur - İlham Əliyev

İlk dəfədir ki, İtaliya prezidenti... - İlham Əliyev

Prezidentdən Matarellanın şərəfinə rəsmi qəbul - Foto

Mixaylov İrəvanı hədələdi: Paşinyan bu addımı atarsa...

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla