Yuxarı

Bakı-AB sazişində mühüm məqam: Erməni yalanı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslində, Ermənistanla Avropa Birliyi arasında imzalanacaq çərçivə sazişinin mətni demək olar ki, hazırdır.

Bu sözləri Axar.az-a Bakının Brüsseldə keçiriləcək növbəti “Şərq tərəfdaşlığı” sammitindən gözləntiləri ilə bağlı danışan politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, sazişdə yer alan bəzi detallar ümumiyyətlə, mətnin məzmununa ciddi təsir göstərməyəcək:

“Çox güman ki, Ermənistan rəhbərliyi bununla bağlı Rusiyanı xəbərdar edib və mətndə Moskvanı qıcıqlandıracaq məsələlərin yer almamasına çalışıb. Ona görə də Ermənistanın Avropa Birliyi ilə hər hansı bir müstəqil siyasət aparması istisna olunur. O ki qaldı sazişin Brüsseldə imzalanmamasına, hesab edirəm ki, bunu da Ermənistana Rusiya tövsiyə edib. Moskva Brüsseldə ümumiyyətlə hər hansı bir sazişin imzalanmasını və beləlikdə də Ermənistanın Rusiya əleyhdarlarının əlində bir vasitəyə çevrilməsini istəmir. Mətndə Rusiya əleyhinə ciddi bir şey olmamasına rəğmən, Moskva yenə də ehtiyatı əldən vermir. Məhz bu üzdən də Ermənistanın Avropa Birliyi ilə çərçivə sazişi imzalaması gecikir. Rusiyanın sözügedən sazişin Brüsseldə imzalanmamasına çalışmaqla həm də bunun Ermənistan hakimiyyəti və müxtəlif dairələrin əlində piara səbəb olmasının qarşısını almağa çalışır”.

Politoloq bildirib ki, Avropa Birliyinin ötən il qəbul etdiyi təhlükəsizlik doktrinasında ərazi bütövlüyü həm Avropa ölkələri, həm də digər dövlətlər üçün başlıca amil kimi çıxış edir:

“Bu doktrina heç kəsə sirr deyil. Kataloniya proseslərində də məhz bu doktrinanı tətbiq ediblər və bu, digər regionlara da şamil olunur. Əlbəttə ki, bu doktrinanın Azərbaycana da tətbiq olunmasına tam hüququmuz var. Əslində, Avropa Birliyi ilə Azərbaycan arasında çərçivə sazişində çox güman ki, bu məqam əks olunub. Sadəcə, Ermənistan cəmiyyətində bu məsələ dəyişik formada təqdim olunur və bildirilir ki, guya Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Bu, həqiqəti əks etdirmir. Azərbaycanın “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində istəyi burada Bakının maraqlarının təmin olunmasıdır. Necə ki Avropa öz maraqlarını irəli sürür, eləcə də Azərbaycan da öz təkliflərini irəli sürür. Çox güman ki, müəyyən siyasi məsələlərdə fikir ayrılıqları var. Ancaq onlar ümumi prosesə ciddi təsir göstərmir. Çünki sənəd bu ilin sonuna qədər olmasa da, gələn ilin əvvəllərində imzalanmağa hazır olacaq. Burada detallar və nüanslar çoxdur. Bu da təsadüfi deyil. Çünki Avropanın Ermənistandan alacağı nəsə yoxdur. Ancaq Azərbaycanın imzalayacağı sənəd daha genişdir. Burada enerji təhlükəsizliyindən tutmuş nəqliyyat məsələlərinə qədər, ayrıca səciyyələnən məqamlar var. Ona görə də düşünmürəm ki, Azərbaycanın Avropa Birliyi ilə imzalayacağı sözügedən sənədin ləngiməsi hansısa ciddi məsələlərlə bağlıdır. Sadəcə, sənəd əhatəli olduğundan proses bir qədər uzanır”.

Qeyd edək ki, noyabrın 24-də Brüsseldə Avropa Birliyinin “Şərq tərəfdaşlığı” sammiti keçiriləcək. Sammitdə Azərbaycan və Ermənistan dövlət başçılarının da iştirakı gözlənilir.

Tarix
2017.11.10 / 09:13
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla