Yuxarı

Putinin Qarabağ şərti o qədər ağırdır ki... - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşünə saatlar qaldı.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Ərdoğan bu görüşdə Qarabağdan da danışmaq istəyir:

“Ancaq qarşı tərəf siyasi dividentlər əldə etmədən Qarabağ münaqişəsinin həllini sürətləndirməyəcək. Putinin Qarabağ münaqişəsinin həlliylə bağlı bəlli şərtləri qüvvədə qalır. Bu, tək onun formalaşdırdığı şərtlər deyil. Bu, Rusya siyasi fikrinin Qarabağ münaqişəsinin həllinə “tarixi baxışıdır”. Yəni “Sən mənim dediklərimin tamamını yerinə yetir, yalnız bundan sonra Qarabağ münaqişəsinin həlini sürətləndirə bilərik”. Nə Gürcüstan, nə Moldova, nə də Ukrayna Rusiyanın eyni ağır şərtlərini yerinə yetirdilər, vassallığı qəbul etmədilər. Ona görə də hər birində Rusiyanın dəstəklədiyi separatçı bölgələr var. Bizdəki kimi”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə görüşmək üçün noyabrın 13-də bu ölkəyə səfər edəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunacağı da gözlənilir.

Tarix
2017.11.13 / 08:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla