Yuxarı

Ukraynada həbs edilən qatil azərbaycanlı kimdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada Milli Rabitə Akademiyasının 3-cü kurs tələbəsi olan Azərbaycan vətəndaşının qətl törətməkdə şübhəli bilinərək həbs edildiyi xəbəri təsdiqlənib.

Adı açıqlanmayan həmyerlimiz Dvoryanski küçəsində 26 yaşlı şəxsi bıçaqla öldürməkdə şübhəli bilinir. Hadisə barədə polisə təcili tibbi yardımdan xəbər veriblər. Onlar xəsarət alan şəxsdə kəsici və deşici xəsarətlərin olduğunu bildiriblər. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, səhər saat 5 radələrində 2 nəfər tələbə yataqxanasının yanından keçərkən onlardan birinin mobil telefonu zəng çalıb. Bu vaxt telefon sahibi zəng edəni eşitmədiyindən söyüş söyməyə başlayıb. Həmin vaxt diskotekadan gələn tələbələr yataqxananın qarşında yığışıb söhbət edirlərmiş. Naməlum şəxsin telefonla söyüşlə danışmasını özünə təhqir kimi qəbul edən isə bizim həmyerlimiz olub. Onlara irad bildirdikdən sonra tərəflər arasında mübahisə başlayıb və həmyerlimiz 26 yaşlı şəxsə bıçaqla zərbə endirib. Təqsirləndirilən şəxs artıq həbs olunub və onun barəsində qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Ukrayna qanunvericiliyinə görə, 26 yaşlı həmyerlimizi 7 ildən 15 ilə qədər ciddi cəza gözləyir (APA).

Xatırladaq ki, bu qətl hadisəsi ilə bağlı məlumatı "Axar.az" olaraq Ukraynadakı mənbələrimizə istinadla yaymışdıq. Təkrar edək ki, hadisə Prezident İlham Əliyevin Ukraynaya rəsmi səfər etdiyi gün baş vermişdi və bu faktdan sui-istifadə edərək, milli hissləri qızışdırmağa çalışan və bir müddət əvvəl Kiyev, Odessa və Xarkovda peyda olan skinhedlərin qarşısını almaq üçün Ukrayna hakimiyyətinin xüsusi təyinatlı polis qüvvələrindən istifadə etdiyi bildirilirdi.

Qətli törədən şəxs isə Yevlax şəhərində anadan olan Məhəmməd Allahverdiyev adlı tələbədir, o, qiyabi təhsil alır. Hazırda şübhəli şəxs qismində saxlanılan M.Allahverdiyev barəsində cinayət işi həmin gün qaldırılmışdı və bu barədə də "Axar.az" olaraq Dövlət Diaspor Komitəsinin təkzibi zamanı yazmaq məcburiyyətində qalmışdıq.

Tarix
2013.11.23 / 13:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla