Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Noyabr 2017


Əliyevdən qərar: Komissiyanın yeni siyahısı - Kimlər var?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda qeyd edilir: Eyni zamanda, qloballaşma proseslərinin geniş vüsət aldığı müasir dövrdə texnoloji yeniliklərin insanlar tərəfindən sürətlə mənimsənilməsi və maneəsiz informasiya mübadiləsi imkanlarının artması ana dilinin potensial imkanlarından lazımınca istifadəsində bəzi çətinliklər yaratmaqdadır. Mövcud şərait milli ideya – azərbaycançılıq məfkurəsi işığında dövlət dilinin saflığının qorunması və ədəbi dildən düzgün istifadə məsələlərinin daim diqqət mərkəzində saxlanılmasını zəruri edir. Bu istiqamətdə həyata keçiriləcək fəaliyyətin ardıcıllığının tənzimlənməsini və Azərbaycan dilinin işlənmə imkanlarının daha da genişləndirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası aşağıdakı yeni tərkibdə təsdiq edilsin:

Komissiyanın sədri - İlham Əliyev

Komissiya sədrinin müavinləri

Mehriban Əliyeva
Ramiz Mehdiyev
Akif Əlizadə
Anar Rzayev

Komissiyanın üzvləri

Vasif Talıbov
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Mikayıl Cabbarov
Əbülfəs Qarayev
Əli Həsənov
İsa Həbibbəyli
Rafael Hüseynov
Kamal Abdullayev
Nizami Cəfərov
Vasim Məmmədəliyev
Teymur Kərimli
Möhsün Nağısoylu
Muxtar İmanov
Əbülfəz Quliyev
Arif Alışanov
Mövlud Süleymanlı
Sabir Rüstəmxanlı
Adil Babayev
Mübariz Yusifov
Elbrus Əzizov
Buludxan Xəlilov
Аydın Ələkbərov
İsmayıl Məmmədov
Sayalı Sadıqova
Afaq Vəliyeva
Əflatun Amaşov
Aydın İbadov

2. Azərbaycan Milli Elmlər Akademiyası aidiyyəti qurumlarla birlikdə Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər planını üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. “Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 766 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, №7, maddə 500; 2006, №9, maddə 743) ləğv edilsin.

Tarix
2017.11.13 / 20:05
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

"Reket"lərlə mübarizə: Media kapitanları danışdı - Video

İlham Əliyev sərəncam imzaladı

Lavrov Bakıda kimlərlə görüşəcək - XİN

Qarabağ həlli mümkün olmayan problemdir? – Malaşenko

Putinin əsas planı: Türkiyə ilə yaxınlıq səbəbi...

Lavrovun Bakı səfəri: bu, müharibədən yaxşıdır – Deputat

Putinlə Qarabağı müzakirə etdik, 5 rayon… - Ərdoğan

Moskva və Ankaranın “Qarabağ testi” - Şərh

Ərdoğan-Putin görüşü: Bu şəhər azad olunur

Bu gün Milli Dirçəliş günüdür

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla