Yuxarı

Yıldırımın “şiə təhlükəsi” açıqlamasında məqsədi… – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəli Yıldırım “şiəliyin bölgədə yayılması təhlükədir” deyəndə İranın regionda məzhəbçilik təməlində apardığı ekspansiya siyasətini nəzərdə tutur.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli Türkiyənin Baş naziri Binəli Yıldırım CNN-ə müsahibəsini şərh edərkən yazıb. Politoloq bildirib ki, Suriya bataqlığında başlıca məqsədinə çatmayan Türkiyənin diqqəti hazırda özünün cənub sərhədlərində - İraq və Suriyanın şimalında kürd zolağının yaranmasını əngəlləməyə yönəlib:

“Belə bir zolaq Türkiyənin Yaxın Şərqlə əlaqəsinin kəsilməsi deməkdir. Cənubda kürd dövlətinin yaranmasının Türkiyənin içərisinə mümkün təsirləri isə hamıya məlumdur. Amma nəzərdən qaçan önəmli bir məsələ var. İran dövləti də eyni bölgədə öz zolağını yaradır: İrandan başlayıb, İraqdan keçməklə Suriyaya, Aralıq dənizi sahillərinə qədər uzanan “şiə zolağı” formalaşır. Bu zolaq da eynilə kürd zolağı kimi Türkiyəni bölgədən təcrid edir və Türkiyənin maraqları baxımından ciddi təhlükədir. Hazırda Türkiyə və İranın yeganə üst-üstə düşən marağı kürd dövlətinin ortaya çıxmasına yol verməməkdən ibarətdir, qalan məsələlərdə iki dövlət regional rəqib olaraq qalır”.

Politoloqun sözlərinə görə, Rusiya, İran və Türkiyədən ibarət Astana formatı üç dövlətin strateji səviyyədə anlaşması demək deyil, sadəcə, situativ ittifaqdır:

“Bunu kürd məsələsində Rusiyanın fərqli mövqeyindən də görmək olar. Rusiya Suriyanın gələcək dövlət quruluşu ilə bağlı məsələlərin müzakirəsi məqsədilə keçirəcəyi “Suriya Milli Dialoq Konqresi”nə Türkiyənin terror təşkilatı saydığı PYD-YPG-ni də dəvət edib. Bu qruplaşmanın Moskvada rəsmi nümayəndəliyi var və bu yaxınlarda, təxminən 1 ay əvvəl onlar Rusiya XİN-in dəvəti ilə Moskvada səfərdə oldular. Əsəd hökuməti də rəsmi olaraq bəyan etdi ki, kürdlərə muxtariyyət verilməsi məsələsini müzakirə etməyə hazırdır.

Olduqca mürəkkəb, qarışıq durum yaranıb. Bu gün birlikdə görünənlər sabah asanlıqla ayrıla bilər, yaxud əksinə bu gün ayrı olanların sabah ortaq məxrəcə gəlməsi tamamilə mümkündür”.

Ş.Cəfərli bildirib ki, Türkiyənin İran, İraq, Suriya, Rusiya, ABŞ, İsrail və Səudiyyə Ərəbistanı ilə həm ortaq, həm də fərqli maraqları var:

“Hər hansı dövlətin bu vakxanaliyadan özünün bütün maraqlarını təmin edərək çıxması möcüzəvi nəticə olardı. Türkiyə Atatürkün mənası indi daha yaxşı anlaşılan “yurdda sülh, cahanda sülh” düsturundan uzaqlaşmamalı idi...”

Qeyd edək ki, Türkiyənin Baş naziri Binəli Yıldırım regionda şiəliyin geniş yayılmasının ciddi təhlükəyə çevrildiyini deyib. “Bölgədə artıq dini zəmində müharibə başlayıb. Son 500 ildə İranla Türkiyə arasında hər hansı müharibə aparılmayıb. Regionda dini zəmində müharibə başlayıb və heç kim onun nə vaxt bitəcəyini deyə bilməz. Buna görə də biz vaxtaşırı qonşu və dost ölkə İrana təhlükəli addımlardan çəkinməsilə bağlı xəbərdarlıq edirik”, - B.Yıldırım bildirib.

Tarix
2017.11.14 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla