Yuxarı

Putin-Ərdoğan görüşündə Qarabağ niyə müzakirə edilmədi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Putin və Ərdoğanın mətbuat konfransında Qarabağın adı çəkilmədi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli qeyd edib. O bildirib ki, böyük ehtimalla bu məsələ qapalı görüşdə də gündəmə gəlməyib:

“Əvvəla, münaqişənin həlli prosesi Minsk Qrupu həmsədrliyi formatında aparılır, hansısa ikitərəfli müstəvidə yox. Rusiya ABŞ və Fransaya xəbər vermədən, onların razılığını almadan başqa bir dövlətlə gizli masa qurub, Dağlıq Qarabağ probleminin həllinin müzakirəsinə girişməz. Xüsusən də nəzərə almalıyıq ki, Türkiyə münaqişə tərəflərindən biri - Rusiya ilə müttəfiq olan Ermənistanın çox soyuq baxdığı ölkədir”.

Politoloq vurğulayıb ki, Putin və Ərdoğan arasında Qarabağ münaqişəsinin müzakirə edilməməsinin digər bir səbəbi də var:

“Rusiya Minsk Qrupu üçlüyünün qeyri-rəsmi lideridir. Rusiya yeganə vasitəçidir ki, hər iki münaqişə tərəfi üzərində real təsir imkanına malikdir və ən əsası da həm Ermənistan, həm də Azərbaycan rəhbərlikləri ona güvənir. Belə bir dominant rola malik dövlət bu rolunu niyə başqası ilə bölüşsün, üstəlik, söhbət bu gün Rusiyaya ciddi ehtiyacı yaranmış, şərt diktə edəcək durumda olmayan Türkiyədən gedir”.

Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Soçidə görüşü baş tutub. Ərdoğan görüş öncəsi Qarabağla bağlı həmkarı ilə müzakirə aparacağını desə də, görüşsonrası mətbuat konfransında bu barədə heç bir açıqlama verilməyib.

Tarix
2017.11.14 / 01:50
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla