Yuxarı

Rus ekspert: "Qarabağla bağlı irəliləyiş əldə olunub"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində irəliləyiş əldə olunub.

Axar.az xəbər verir ki, bu barədə Report-a rusiyalı ekspert Yevgeni Mixaylov bildirib.

"Demək olar, 30 il ərzində ATƏT missiyası faktiki olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir məsələni həll etməyib. Amma məhz son zamanlarda vəziyyəti həll etməyə doğru fəal hərəkətlərə başlanılıb", - Y.Mixaylov vurğulayıb.

Onun fikrincə, bu aktivliyi həmçinin daim mülki forumların təşkil edilməsi, müntəzəm görüşlərin keçirilməsi faktlarında da müşahidə etmək olar.

Ekspertin fikrincə, müntəzəm olaraq danışıqlar prosesində vasitəçi kimi çıxış edən Rusiya və Azərbaycan prezidentlərinin görüşləri keçirilir, münaqişənin həlli məsələsi istənilən müzakirə mövzusu ilə paralel şəkildə aparılır.

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun noyabrın 16-da Moskvaya səfəri və onun münaqişənin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə qarşıdakı görüşünü şərh edən politoloq bildirib ki, Moskvada keçiriləcək görüş Dağlıq Qarabağ münaqişəsinin mümkün həllini daha da sürətləndirəcək.

Onun fikrincə, yaxın zamanlarda Azərbaycanın işğal olunmuş rayonlarından azı beşinin işğaldan azad olunmasını gözləmək olar. "Sonrakı hadisələr isə gələcəyin işidir", - Y.Mixaylov əlavə edib.

"İndi Ermənistanın özünə kifayət qədər ağırdır, ölkədə çətin iqtisadi vəziyyət yaranıb və İrəvana sonda imtina edə bilməyəcəyi təklif irəli sürülsə, münaqişə həll olunacaq", - ekspert hesab edir.

Onun sözlərinə görə, indi Dağlıq Qarabağ münaqişəsinin yaxın illərdə həll ediləcəyinə inam artıb.

Tarix
2017.11.15 / 18:49
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla