Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Yanvar 2018


Bu gün Milli Dirçəliş günüdür

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

1988-ci ilin noyabrında 100 minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o zaman Bakıdakı Azadlıq meydanında toplaşdı. Bu, Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı idi.

Axar.az xəbər verir ki, Sovet İttifaqı rəhbərliyinin ermənilərin Dağlıq Qarabağa iddiasına loyal münasibəti və qərəzli mövqeyi, Azərbaycan xalqını ayağa qaldırmışdı. Yüz minlərlə insanın Azadlıq meydanına axışması isə ən yeni tarixin təməlini qoydu.

Mitinqin ilk günləri göstərdi ki, Azərbaycanda hələ SSRİ-nin heç bir yerində rast gəlinməyən mübarizə başlayır. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi.

Bunları görən rəsmi Moskva İttifaq dönəmində Azərbaycanda ilk dəfə fövqəladə vəziyyət elan etdi. SSRİ-nin müxtəlif ərazilərində dislokasiya edilmiş daxili qoşun qüvvələri Bakıya gətirilərək meydanda yerləşdirildi, dekabrın 3-dən 4-nə keçən gecə isə mitinq iştirakçıları oradan zorla çıxarıldı. Onların bir qismi həbs edildi. O zaman xalq hərəkatı parçalansa da, millət öz arzusuna çatdı - 1988-ci il noyabrın 17-dən başlayan meydan hərəkatı azad Azərbaycanın təməlini qoydu.

Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır. 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.

17 noyabr Milli Dirçəliş günü 2006-cı ilədək rəsmi bayram kimi qeyri-iş günü idi. Amma həmin ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərdən sonra 17 noyabr tarixi iş günü sayılır.

Tarix
2017.11.17 / 00:31
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Prezidentin yüksək vəzifə verdiyi Mətin Eynullayev kimdir?

Ərdoğan səs itirir: yeni hökumət qurulacaq? - Şərh

Rusiyadan Qarabağla bağlı ilk addım – Yeni təklif

Əhaliyə şad xəbər: Bundan sonra məhsullar... - Ekspert

ABŞ hökumətinin fəaliyyəti dayandı: nəticə...

Xalqın inamını sarsıtmaq... - Monteneqro mediası

20 Yanvar faciəsinin canlı şahidi... - Foto

Qorbaçovun erməni ideoloqunun SSRİ-də islahatı...

Bu, bizim mənəvi borcumuzdur - Vahabov

Bakı Prosesinin 10 illiyi... - Müzakirədə

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla